Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Mehmanxanada hər 10 nömrə üçün tövsiyə olunan işçilərin sayı


səhifə75/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   98
Mehmanxana teserrufati

Mehmanxanada hər 10 nömrə üçün tövsiyə olunan işçilərin sayı
(minimum):
1 ulduz
2 ulduz
3 ulduz
4 və artıq 

8
4 ulduz 
12
5 ulduz 
20
182
Əlavə 2
BEYNƏLXALQ MEHMANXANA QAYDALARI
2 noyabr 1981-ci ildə Nepalın paytaxtı Katmandu şəhərində
Beynəlxalq Mehmanxana Assosiasiyası Şurası tərəfindən qəbul
olunmuşdur
Giriş
Beynəlxalq mehmanxana qaydaları ilk dəfə olaraq 60 il bundan 
əvvəl 
Beynəlxalq 
Mehmanxana Assosiasiyası tərəfindən 
dərc 
olunmuşdur. Bundan sonra bu qaydalara bir neçə dəfə yenidən 
baxılmışdır. Lakin beynəlxalq turizmin son 20 ildə inkişafını nəzərə 
alaraq bu qaydalara yenidən baxılması zəruri hesab olunur.
I. Məqsəd
Beynəlxalq mehmanxana qaydalarının məqsədi mehmanxana­
larda yerləşdirmək haqqında müqavilələrə aid məsələlərin tənzimlən­
məsi üçün ümumi qəbul edilmiş beynəlxalq ticarət təcrübəsinin ko- 
difikasiyasından, yəni sistemə salınmasından ibarətdir. Bu qaydalar 
qonaqların və mehmanxana sahiblərinin qarşılıqlı hüquq və məsuliy­
yətləri barədə onlara məlumat verməyə xidmət etməlidir.
Bu qaydalar dövlətlərin milli qanunvericiliyində müqavilə müna­
sibətlərinə aid olaraq nəzərdə tutulmuş əsasnamə və nizamnamələrə 
əlavələr kimi çıxış edir. Bu qaydalar həmin dövlətlərin qanunve­
riciliyində mehmanxanada yerləşdirmə müqaviləsinə aid spesifik qay­
daların mövcud olmadığı təqdirdə tətbiq edilir.
II. M üqavilənin tərəfləri
Mehmanxanada qalan şəxs müqavilənin tərəfi kimi iştirak 
etməyə bilər, belə ki, mehmanxanada yerləşdirmə haqqında müqavilə 
onun adından üçüncü bir tərəflə bağlana bilər. Bu qaydalar 
çərçivəsində m üştəri termini mehmanxanada yerləşdirmə haqqında 
müqaviləni bağlamış və bu cür yerləşdirmə üçün haqqın ödənilməsinə 
görə məsuliyyət daşıyan hər hansı bir fərdi və ya hüquqi şəxsi təmsil 
edir. Qonaq termini mehmanxanada qalmaq və ya yerləşdirilmək 
arzusunda olan fərdi nəzərdə tutur.
183



Yüklə

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin