Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


I HİSSƏ MÜQAVİLƏ MÜNASİBƏTLƏRİ


səhifə76/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   98
Mehmanxana teserrufati

I HİSSƏ
MÜQAVİLƏ MÜNASİBƏTLƏRİ
Maddə 1. Yerləşdirmə haqqında müqavilə
Yerləşdirmə müqaviləsinə uyğun olaraq mehmanxana sahibi 
qonağı mehmanxanada yerləşdirməli və əlavə xidmətlərlə təmin 
etməlidir.
Nəzərdə tutulur ki, mehmanxana nömrəsinin və qonaqların 
ümumi tələbatlarını təmin etmək üçün adətən təklif olunan digər 
rahatlıqların istifadə edilməsi daxil olmaqla, təklif olunan xidmətlər 
mehmanxananın 
dərəcəsindən asılı olaraq orada göstərilən adi 
xidmətlərə uyğundur.
Müştəri müqavilə qiymətinə uyğun olaraq yerləşdirmə haqqının 
ödənilməsinə görə məsuliyyət daşıyır.
Müqavilənin şərtləri mehmanxananın dərəcəsindən, milli qanun­
vericilikdən və ya mehmanxana fəaliyyətinə dair təlimatlardan (mövcud 
olduğu halda), beynəlxalq mehmanxana və qonağa təqdim olunan 
mehmanxananın daxili nizam qaydalarından asılıdır.
Maddə 2. Müqavilənin forması
Müqavilə hər hansı xüsusi formaya malik deyildir.
Müqavilə bir tərəfin digər tərəfə təklif etdiyi şərtlərlə ümumi 
razılaşma əldə olunduğu zaman bağlanmış hesab olunur.
Maddə 3. Müqavilənin müddəti
Müqavilə müəyyən olunmuş və yaxud qeyri-müəyyən müddətə 
bağlana bilər.
Müqavilə təxmini müddətə bağlandığı zaman razılaşdırılmış 
müddət kimi ən qısa müddət qəbui olunur.
Müqavilədə başqa cür nəzərdə tutulmayıbsa və bir gündən artıq 
yerləşmə haqqında razılıq əldə olunmayıbsa, yerləşdirmə müqavi­
ləsinin müddəti müştərinin mehmanxanaya gəldiyi gündən sonrakı gün 
saat 12.00-da qurtarır.
İstənilən qeyri-müəyyən müddətli müqavilə bir günlük müqavilə 
qismində qəbul olunur. Bu halda tərəflərdən biri ertəsi gün saat 12.00- 
da qüvvəsi qurtaran müqavilənin başa çatması barədə ərizə verməlidir.
184
Mehmanxana tərəfindən bu məsələyə aid olaraq qonağa verdiyi 
ərizə müştəriyə verilmiş ərizə kimi qəbul olunmalıdır.
Maddə

Yüklə

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin