Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə77/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   98
Mehmanxana teserrufati

 4. Müqavilənin icrası
Mehmanxananın sahibi və müştəri müqavilənin şərtlərinə hör­
mətlə yanaşmağa borcludurlar.
Maddə 5. Müqavilənin yerinə yetirilməməsi
Müqavilənin tam və ya qismən yerinə yetirilmədiyi halda təqsirli 
tərəf digər tərəfin çəkdiyi bütün itkilərin əvəzini tam ödəməlidir. Zərər 
çəkmiş tərəf ehtimal edilən itkilərin azaldılması məqsədilə zəruri olan 
bütün tədbirlərin görülməsini öz üzərinə götürür.
Mehmanxana sahibi müqaviləni yerinə yetirə bilmədiyi halda o
həmin yerdə olmaqla keyfiyyət etibarı ilə bərabər olan və ya daha 
yüksək standarta uyğun digər yerin axtarılması üçün tədbir görməlidir. 
Bununla əlaqədar ortaya çıxan bütün və əlavə xərclər mehmanxana 
sahibi bunları təmin etmədiyi halda o, zərərçəkənə kompensasiya 
ödənilməsi üçün məsuliyyətə cəlb oluna bilər.
Maddə 6. Müqavilənin qurtarması
Milli qanunvericiliyin və ya dövlət ticarət təcrübəsinin müqavilə 
şərtlərini başqa cür şərh etdiyi hallar istisna olmaqla, tərəflərin qarşılıqlı 
razılığı olmadan heç bir müqavilə tam icra olunmamış qurtarmış hesab 
edilə bilməz.
Maddə 7. Ödəniş
Mehmanxana tam və ya qismən ilkin ödəniş tələb edə bilər.
Mehmanxana müştəridən avans şəklində müəyyən 
pul 
məbləğini aldığı halda bu məbləğ təklif olunacaq yerləşdirmə və əlavə 
xidmətlər göstərilməsi üçün ilkin ödəmə kimi nəzərdə tutulmalıdır.
İlkin ödənişin qaytarılmaz olduğu barədə tərəflər arasında 
qabaqcadan danışılmadığı halda ilkin ödənilən məbləğ ödənişə tələb 
olunan məbləğdən artıq olduqda mehmanxana bu məbləğlər arasında 
olan fərqi müştəriyə qaytarmalıdır.
Haqq-hesab verildiyi andan qüvvəyə minmiş hesab olunur.
Qabaqcadan razılaşdırılmadığı halda mehmanxana çeklərin, ku­
ponların, kredit kartlarının və ya digər nağdsız haqq-hesab vasitələrinin 
qəbul edilməməsinə görə məsuliyyət daşımır.
185


Mehmanxana tərəfindən başqa qaydalar nəzərdə tutulmadığı 
halda ödəmələr müvafiq milli valyuta ilə həyata keçirilməlidir.

Yüklə

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin