Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Vli. Daşıyıcının öhdəlikləri


səhifə83/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   98
Mehmanxana teserrufati

Vli. Daşıyıcının öhdəlikləri
1. Kontraktda göstərilən öhdəliklərə əsasən daşıyıcı üzərinə götürül­
müş şərtlərə riayət etməlidir. Pozuntulara yol verildiyi halda o, kon­
traktın müddəalarına və hazırkı qaydalara əsasən, müəssisəyə 
kompensasiya ödənişləri etməlidir.
2. Daşıyıcı yalnız kontraktda nəzərdə tutulmuşlara görə ödəniş 
aparır. Müəssisə tərəfindən verilmiş hesablarda göstərilmiş ödəniş 
cədvəllərinə və müddətlərə daşıyıcının əməl etməsi bir qayda kimi 
qəbul edilir.
3. Kontraktda nəzərdə tutulmuş kompensasiya ödənişlərindən əlavə 
daşıyıcı sərnişin və ya avtobusun ekipajı tərəfindən müəssisəyə 
vurulması mümkün olan maddi ziyana görə məsuliyyət daşıyır 
(Kompensasiya zamini hesab edilir).
4. Sərnişinlər və ekipaj mehmanxananın nömrələrini, digər razılaşma 
olmadıqda, getməyə ən azı yarım gün qalmış tərk etməlidirlər.
VIII. Tərəflər arasında qarşılıqlı əlaqələr
1. 
Qrupun müəssisəyə gəlməzdən əvvəl axrıncı qaldığı yer haqqında 
müəssisə tərəfindən qoyulan sualı daşıyıcı cavablandırmağa 
borcludur.
2. 
Əgər tərəflərdən biri razılaşmanın şərtlərinin həyata keçirilməsinə 
hər hansı maneə (əngəl) olduğu haqqında bilsə, o bu barədə 
dərhal şərik tərəfi (tərəfdaşı) məlumatlandırmalıdır. Tərəflər birgə 
bu vəziyyətdən ən azı maliyyə və maddi, o cümlədən sərnişinlər 
tərəfindən vurula bilən ziyanı təmin edən çıxış tapmağa cəhd 
göstərməlidirlər.
3. 
Yuxarıda qeyd olunan maneələr (əngəllər) haqqında bilən tərəf bu 
barədə yaranmış vəziyyətə görə şərikinə (tərəfdaşına) məlumat 
vermək imkanı olmadıqda, o özü şərikinə (tərəfdaşına) dəyilməsi 
mümkün olan ziyanların azaldılması üçün zəruri olan tədbirləri 
(ölçüləri) görməlidir.
4. 
Şərik (tərəfdaş) tərəfindən göstərilən xidmətlərin keyfiyyətini 
şübhə altına qoya və ya şərikin peşəkar adına xələl gətirə bilən 
müştərilərə 
verilən 
hər 
hansı 
bəyannamələrdən 
tərəflər 
çəkinməlidir.
194

Yüklə

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin