Dərsdə halogenləRİ TƏYİn etdiK İsgəndər Səklikov



Yüklə 86,5 Kb.
səhifə2/3
tarix05.01.2022
ölçüsü86,5 Kb.
#111507
növüDərs
1   2   3
Kimya, lX sinif
Mövzu: Halogenlərin müqayisəli xarakteristikası. Halogenlərin təyini.

Məqsəd: - Halogenlər üçün xarakterik kimyəvi reaksiyalar barədə yaradılmış

biliklərin səviyyəsinin qiymətləndirilməsi;

- ayrı-ayrı halogenləri və onalrın birləşmələrini vəsfi təyin etmək;

- halogenlərin təyini üsullarını mənimsətmək;

- elmi-tədqiqat vərdişlərinin təkmilləşdirilməsi və s.

İş forması: Qruplar ilə iş.

İş üsulu: “Beyin həmləsi” və ya “Əqli hücum” , “Rollu oyun”

Resurslar: Natrium-xlorid NaCl, Kalsium-flüorid CaF2, ammonium-xlorid

NH4Cl, mədə şirəsi və ya xlorid turşusu HCl, silvinit NaCl . KCl, kalium-bromid KBr kalium-yodid KJ, ammonium-hidroksid (”nişatır spirti” və ya ammonyaklı su) NH4OH, gümüş-nitrat (“lyapis” və ya “cəhənnəm daşı”) AgNO3, maqnezium-xlorid MgCl2 məhlulları, sink Zn tozu, duru sulfat turşusu H2SO4, nişasta, yodun spirtdə məhlulu, “Lüqol məhlulu”, sənaq şüşələri, ştativlər, pipetlər, su dolu kolba. (Bütün bunlar əvvəldən masalar üzərinə qoyulur).


Fəaliyyət: Şərti olaraq dərs 5 mərhələyə bölünür:

1. Sinfin təşkili – 1 dəqiqə

2. Hazırlıq mərhələsi – 6 dəqiqə

3. Qruplara ayırma – 3 dəqiqə

4. “Oyun” mərhələsi – 30 dəqiqə

5.Yekun, xülasə, qiymətləndirmə, ev tapşırığı – 5 dəqiqə.

Sinfin təşkili mərhələsi salamlaşma ilə başlayır, davamiyyət yoxlanılır. Hələlik şagirdlər masalar ətrafında necə gəldi əyləşirlər.

Hazırlıq mərhələsi kimyəvi reaktivlər haqqında məlumat, onlarla işləyərkən təhlükəsizlik texnikası qaydalarının xatırlanması, “Halogenlər” mövzusu üzrə qazanılmış biliklərin yada salınması və qısa təkrarını əhatə edir. Bu zaman multimediya tədris disklərindən istifadə olunur.

Qruplara ayırma mərhələsi sinifdə olan şagirdlərin sayına uyğun olaraq eyni

ölçülü, eyni formalı kartlar vasitəsi ilə aparılır. Kartların üzərinə “Daşkəsən”, “Naxçıvan”, “Naftalan”, “Qəbələ” yazılmışdır. Şagirdlər yazılı üzü görünməyən kartları götürürlər. Eyni adlı kart sahibləri bir qrupu təşkil edirlər və öz yerlərini tuturlar. (Qruplara ayırma mərhələsi ötən dərsin sonunda da aparıla bilər)

Şagirdlərin hər birinin əynində ağ xalat olur. Onların hər birinə döşlərinə vurmaq üçün adları yazılmış və qrupun emblemi olan lövhəciklər verilir. Hər masaya isə qrupun adı və emblemi həkk olunmuş masaüstü lövhə vurulur.

“Oyun” mərhələsi dərsin əsasını təşkil edir. “Oyun” qrupların qısa tanışlığı ilə başlanır.

Müəllim: - Sizcə nə üçün qruplarımıza həmin adlar verilmlşdir?

“Daşkəsən” qrupundan şagird: - Halogenlərin ilk nümayəndəsi olan flüor əsasən mədən suxurlarının tərkibinə daxil olur. Qafqazın Uralı adlandırılan Daşkəsəndə də onun zəngin ehtiyatları olduğu üçün qrupumuz “Daşkəsən” adlanır. (Xəritədə Daşkəsən rayonu və Daşkəsən şəhəri göstərilir).

“Naxçıvan” qrupundan şagird: - Halogenlərin ən geniş yayılmış nümüyındəsi olan xlor təbiətdə ən çox hallit mineralının, yəni xörək duzunun tərkibində rast gəlinir. Daş duz yataqları isə respublikamızda ən çox Naxçıvan Muxtar Respublikasında vardır. Qrupumuz bu münasibətlə “Naxçivan” adlanır. (Xəritədə Naxçıvan MR göstərilir).

“Naftalan” qrupundan şagird: - Halogenlərin nümayəndəsi olan brom ən çox dəniz yosunlarının və buruq sularının tərkibində təsadüf olunur. Şəfa ocağı olan Naftalan şəhərində də neftlə çıxan suyun tərkibində çoxlu brom olduğu üçün qrupumuz “Naftalan” adı daşıyır. Bu müalicə ocağında bir çox əsəb xəstəlikləri yod-brom vannaları ilə müalicə olunur. (Azərbaycan Respublikasının xəritəsində Naftalan şəhəri göstərilir.)

“Qəbələ” qrupundan şagird: - Halogenlərdən olan yod ən çox Zakatala-Şəki bölgəsində təbii halda bitən qoz ağacı meyvələrində olduğu üçün qrupumuz bu iqtisadi regiona daxil olan bölgənin şərəfinə “Qəbələ” adını daşıyır. (Xəritədə Qəbələ rayonu və Qəbələ şəhəri göstərilir).

Müəllim: - Hər bir masanın üzərində lazım olan avadanlıq və reaktivlər vardır. Hər qrup adına uyğun gələn halogeni təyin edə bilər. (Sonra kimyəvi maddələr ilə işləyərkən təhlükəsizlik qaydaları bir daha xatırlanır). Daşkəsən” qrupu aparılacaq prosesi təsvir edin.

Şagird 1: - Digər halogenlərdən fərqli olaraq flüor F- anionu üçün Mg2+ kationu reaktivdir. Kalsium-flüorid CaF2 məhlulundan 5-6 damcı götürüb üzərinə başqa pipetlə bir o qədər maqnezium-xlorid MgCl2 məhlulu əlavə edilir. Bu zaman sarı rəngli çöküntü alınır.

Şagird 2: - Lövhədə yazır:

CaF2 + MgCl2 = CaCl2 + MgF2 ( sarı rəngli çöküntü)

2F- + Mg2+ = MgF2

Müəllim: - “Naxçıvan”qrupu söz sizə verilir.

Şagird 1: - Gümüş kationları Ag+ xlor anionları Cl- üçün reaktivdir. Ona görə də xörək duzu NaCl, xlorid turşusu HCl, hətta zəif xlorid turşusu məhlulundan ibarət birləşmələrə gümüş-nitrat AgNO3 əlavə edilərsə ağ rəngli çöküntü alınır. Bu ağ çöküntü suda və turşularda həll olmur.

Şagird 2: - Biz xörək duzu NaCl, xlorid turşusu HCl, mədə şirəsi məhlullarının hər birindən ayrı-ayrı sınaq şüşələrinə 4-5 damcı töküb üzərinə 2-3 damcı gümüş-nitrat AgNO3 əlavə eədcəyik.

Şagird 3: - Lövhədə yazır:

HCl + AgNO3 = HNO3 + AgCl (ağ çöküntü)

Cl- + Ag+ = AgCl

Şagird 4: - Lövhədə yazır:

NaCl + AgNO3 = NaNO3 + AgCl (ağ çöküntü)

Cl- + Ag+ = AgCl

Müəllim: - Lakin gümüş-xlorid AgCl ammonium-hidroksiddə NH4OH asan həll olur.

AgCl + 2NH4OH = [Ag(NH3)2] Cl + H2O

“Naftalan” qrupu sizə bromu təyin etmək tapşırığı verilir.

Şagird 1: - Gümüş-nitrat AgNO3 həmçinin brom birləşmələri üçün, daha doğrusu gümüş ionları Ag+ brom ionları Br- üçün də reaktivdir. Br- anionlarının üzərinə Ag+ kationları əlavə edilərsə gümüş-bromiddən AgBr ibarət sarımtıl rəngli çöküntü alınır. Çöküntü suda və turşularda həll olmur. Lakin bu çöküntü ammonium-hidroksiddə NH4OH həll olur.

Şagird 2: - Lövhədə yazır:

KBr + AgNO3 = KNO3 + AgBr (sarımtıl çöküntü)

Br- + Ag+ = AgBr

Şagird 3: - Biz 5-6 damcı kalim-bromid KBr üzərinə 2-3 damcı gümüş-nitrat AgNO3 əlavə edəcəyik.

Müəllim: - Brom həm də civə və qurğuşun ilə də həll olmayan çöküntü əmələ gətirir. Yeri gəlmişkən, gümüş-bromid AgBr su ilə sink Zn tozu vasitəsi ilə parçalanır.

2AgBr + Zn0 = Zn2+ + 2Br- + 2Ag (çöküntü)

“Qəbələ” qrupu bəs siz yodu necə təyin edəcəksiniz?

Şagird 1. Hələ botanika dərsində biz yodu nişasta vasitəsi ilə təyin etmişik. Tərkibində yod olan birləşmələrin üzərinə nişasta məhlulu əlavə etdikdə tünd-göy rəng alınar.

Şagird 2: - Yodu J2 da xlor Cl2 və brom Br2 kimi gümüş-nitrat AgNO3 təyin etmək olur. Yod J- ionları gümüş Ag+ ionları ilə suda və turşularda həll olmayan sarı rəngli çöküntü əmələ gətirir.

Şagird 3: - Lövhədə yazır:

KJ + AgNO3 = KNO3 + AgJ (sarı çöküntü)

J- + Ag+ = AgJ

Müəllim: - Gümüş-yodid AgJ də gümüş-bromid AgBr kimi ammonyaklı suda NH4OH və ya 2n. sulfat turşusu H2SO4 məhlulunun iştirakı ilə sink Zn tozunun iştirakı ilə gümüş ayrılmaqla parçalanır.

2AgJ + Zn0 = Zn2+ + 2J- +2Ag (çöküntü)

Gümüş-yodid AgJ kimi qurğuşun-yodid PbJ2, civə (1)-yodid Hg2J2, civə (2)-yodid HgJ2 və mis (1)-yodid Cu2J2 də suda həll olmur. J- ionları rəngsizdir. Məs.:

2KJ + Pb(CH3COO)2 = 2CH3COOK + PbJ2 (sarı çöküntü)

2J- + Pb2+ = PbJ2

Şagird 4: - Biz yod ionlarını təyin etmək üçün 4-5 damcı kalium-jodid KJ üzərinə bir oqədər də gümüş-nitrat AgNO3 məhlulu əlavə edəcəyik.

Şagird 5: - Yod məhlulunun üzərinə həm də nişasta məhlulu əlavə etməklə əvvəllərdə botanika dərsində apardığımız təcrübəni bir daha təkrar edəcəyik.

Müəllim: - Bu üsul ilə siz molekulyar yodu təyin edə bilərsiniz.

Sonra qruplar işin icrasına başlayırlar və aldıqları çöküntüləri nümayiş etdirirlər.


Müəllim: - Siz bu gün halogenləri onların məhlullarında, daha doğrusu ion halında olan halogenidləri təyin etdiniz.bərk halda olan xlorid, bromid və yodid duzlarını bir-birindən qatı sulfat turşusu H2SO4 vasitəsi ilə fərqləndirmək olar. Bu reasiyaların tənliklərini yazmaq və təhlil etmək sizə həvalə olunur.

Yekun mərhələsində halogenlər haqda, onların tətbiqi haqda məlumat verilir və sonda işin həata keçirilməsi zamanı qarşıya çıxan çətinliklər və nöqsanlar, ümumiyətlə, işin gedişi təhlil edilir.

İşi səliqəli şəkildə yerinə yetirən qrupların və şagirdlərin fəaliyyəti qiymətləndirilir. Müəyyən tövsiyələr verilir. İş masası səliqəyə salınir.

Müəllim: - Ev tapşırığı oıaraq “Halogenlər” mövzusunu təkrar etməli. Yuxarıda göstərildiyi kimi bərk halda olan xlorid, bromid və yodid duzlarının qatı sulfat turşusu ilə fərqləndirməyə imkan verən kimyəvi reaksiyaların tənliklərini yazmalı.

Dərsin bu üslubda qurulması şagirdlərin fənnə marağını artırır. Onlarda kollektiv işləmə, bir-birlərinin fikirlərinə hörmətlə yanaşmaq, məntiqlə düşünmək, öyrənmək, öyrəndiklərini tətbiq etmək, özünə inam kimi hislərin fomalaşmasına kömək edir.



Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin