Sparta və Roma ilə yeni müqavilə bağlanılır 16 Romaya və Spartaya Yonatanın ölüm
xəbəri çatanda onlar olduqca kədərləndilər.
17 Amma qardaşı Şimonun Yonatanın
yerinə baş kahin olduğunu, ölkəyə və
orada olan şəhərlərə hökmranlıq etdiyini
eşidəndə 18 tunc lövhələrdə ona yazdılar
ki, qardaşları Yəhuda və Yonatanla
bağladıqları dostluq və ittifaqı bərpa
etsinlər. 19 Bunlar Yerusəlimdə yığıncaq
qarşısında oxundu. 20 Spartalıların
göndərdiyi məktubların da surəti budur:
«Sparta başçılarının və şəhərin adından
böyük kahin Şimona, ağsaqqalara,
kahinlərə və qalan Yəhudi camaatına –
bizim qardaşllarımıza salamlar! 21 Bizim
camaatın yanına göndərdiyiniz elçilər sizin
şöhrətiniz və hörmətiniz barədə bizə
bildirdilər və biz onların gəlişinə sevindik.
22 Onların dedikləri xalq şurasında beləcə
qeydə alındı: Yəhudilərin elçiləri Antiox
oğlu Numeni və Yason oğlu Antipater
bizimlə dostluğu bərpa etmək üçün
yanımıza gəldilər. 23 Bu adamları hörmətlə
qəbul etmək, Sparta camaatını yada
salmasından ötrü onların sözlərinin
surətinin əyani ictimai kitablarda qeydə
alınması camaata xoş gəldi. Bunların bir
surətini də baş kahin Şimon üçün
yazdılar». 24 Bundan sonra Şimon
Numenini çəkisi min mina olan böyük qızıl
qalxanla Romaya göndərdi ki, onlarla
ittifaq bağlasın.