Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə142/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   138   139   140   141   142   143   144   145   ...   304
Barux

İdumeyaya hərbi səfər
14 Qorqiya   bölgədə   hərbi   vali   oldu;   o,
muzdlu   əsgərləri   səfərbər   etdi   və
Yəhudilərlə
 
fasiləsiz
 
müharibə
vəziyyətində   oldu.   15 Bununla   yanaşı,
əlverişli qalalara nəzarət edən İdumeyalılar
Yəhudiləri gücdən salırdılar. Yerusəlimdən
qovulan   adamları   qəbul   edərək   müharibə
vəziyyətini   saxlamağa   çalışırdılar.
16 Makkabi   və   onun   tərəfdarları   dua
mərasimi   təşkil   edib   döyüşdə   onların
tərəfində   olması   üçün  Allaha   yalvardılar.
Sonra   İdumeya   qalalarına   tərəf   hücuma
atıldılar. 17 Sürətlə onların üzərinə hücum
edib   əlverişli   yerləri   ələ   keçirdilər,   qala
divarlarında   vuruşanların   hamısını   dəf
etdilər, rastlaşdıqları hər kəsi doğradılar və
iyirmi   minə   qədər   adamı   həlak   etdilər.
18 Doqquz   minə   qədər   adam   mühasirəyə
qarşı hər şeylə təchiz olunan, xüsusi olaraq
möhkəmləndirilmiş iki bürcə qaçıb sığındı.
19 Makkabi   Şimonla   Yusifi,   həmçinin
Zakkayı   mühasirə   üçün   kifayət   qədər
qüvvə ilə orada qoydu. Özü isə daha çox
lazım   olduğu   yerlərə   getdi.   20 Amma
Şimonun   adamları   pulpərəst   idilər   və
qalalardakı   adamlar   onları   rüşvət   almağa
razı saldılar. Onlar yetmiş min dirhəm alıb
qalalardakı   bəzi   adamların   aradan
çıxmasına icazə verdilər. 21 Baş verənlərin
xəbəri   Makkabiyə   çatdırılanda   o,   xalqın
rəhbərlərini   bir   yerə   topladı,   onları   öz
soydaşlarını   pula   satmaqda   ittiham   etdi,
çünki düşmənlərini onlara qarşı döyüşmək
üçün   buraxmışdılar.   22 Xain   olduqları
üçün   bu   adamları   öldürdü   və   dərhal   iki
bürcü ələ keçirdi. 23 Silaha sarılınca bütün
işlərində uğur qazandı, bu iki qalada iyirmi
mindən çox adam həlak etdi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin