Deuterokanonik kitabları Yoxlama versiyası


Yaffa və Yamniyada baş verən hadisələr



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə146/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   142   143   144   145   146   147   148   149   ...   304
Barux

Yaffa və Yamniyada baş verən hadisələr
1 Bu   razılaşmalar   əldə   olunduqdan   sonra
Lisiya padşahın yanına getdi, Yəhudilər isə
əkinçilik   işlərinə   qayıtdılar.   2 Yerli   hərbi
başçılardan Timotey, Genne oğlu Apolloni,
Yeronim, Demofon və Kipr valisi Nikanor
Yəhudilərin   sakit   və   rahat   yaşamalarına
imkan vermədilər.
3 Yaffalılar   belə   bir   alçaq   iş   gördülər:
aralarında yaşayan Yəhudiləri arvadları və
uşaqları ilə birlikdə hazırladıqları qayıqlara
oturmağa   dəvət   etdilər;   özlərini   də   guya
onlara qarşı düşmənçilik niyyətləri yoxmuş
kimi   göstərdilər.   4 Bu,   şəhərin   ümumi
qərarına   görə   təşkil   olundu.  Aralarındakı
sülhü   saxlamaq   istədiklərindən   və   şübhə
etməyə   heç   bir   səbəb   olmadığından
Yəhudilər buna razılıq verdilər. Yaffalılar
dənizə çıxınca onların hamısını – iki yüzə
qədər adamı dənizdə batırdılar.
5 Yəhuda   soydaşlarının   başına   gətirilmiş
bu   qəddarlığı   eşidəndə   bu   barədə   öz
adamlarına göstəriş verdi 6 və adil hakim
olan Allahı çağıraraq qardaşlarını öldürən
canilərə   hücum   etdi.   Gecə   ikən   limanı
yandırdı,   qayıqlara   od   vurdu   və   oraya
qaçıb   sığınanları   qılıncdan   keçirdi.
7 Darvazalar   bağlı   olduğu   üçün   Yəhuda
çıxıb getdi; amma yenə qayıdaraq Yaffanın
bütün   əhalisinin   kökünü   kəsmək
niyyətində idi. 8 Yəhuda Yamniyalıların da
aralarında   yaşayan  Yəhudilərə   qarşı   eyni
şəkildə davranmaq istədiklərini öyrəndikdə
9 gecə   Yamniyalıların   da   üstünə   hücum
etdi,   limanı   və   orada   olan   donanmanı
yandırdı,   belə   ki   alov   iki   yüz   qırx   stadi
məsafədə olan Yerusəlimdən görünürdü.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin