Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə190/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   186   187   188   189   190   191   192   193   ...   304
Barux

Hikmətin sirri
140


1 Bütün hikmət Rəbdəndir,
Əbədi olaraq Ona məxsusdur.
2 Dənizin qumunu, yağış damlalarını,
Əbədiyyətin günlərini kim saya bilər?
3 Səmanın   hündürlüyünü,   yer   üzünün
genişliyini,
Dənizin dərinliyini və hikməti kim tədqiq
edə bilər?
4 Hər şeydən əvvəl hikmət yarandı,
Ağlın mühakiməsi daim mövcuddur.
5 Hikmətin mənbəyi ucalarda olan Allahın
sözləridir,
Hikmətin yolları əbədi olan əmrlərdir.
a
6 Hikmətin əsası kimə aşkar oldu?
Onun incəliklərini kim dərk edə bilər?
7 Hikmət kimə bəlli oldu?
Onun mahir üsullarını kim öyrənə bildi?
b
8 Yeganə   hikmətli,   gerçəkdən   fövqəltəbii
olan
Öz taxtında Oturandır.
9 O, Rəbdir. Hikməti Rəbb yaratmış və ona
nəzər yetirmişdir,
Ona   dəyər   vermişdir   və   onu   bütün
yaratdıqlarına qatmışdır.
10 Hikmət   Rəbbin   bütün   varlıqlara
hədiyyəsidir,
Hikməti sevənlərə onu pay vermişdir.
c
11 Rəbb qorxusu izzət və şərəfdir,
Sevincin və fərəhin tacıdır.
12 Rəbb qorxusu ürəyə həzz verər,
Sevinc, şadlıq və uzun ömür gətirər.
13 Rəbdən qorxan adamın axırı yaxşı olar.
Öldüyü gün xeyir-dua alar.
14 Rəbb qorxusu hikmətin başlanğıcıdır,
Hikmət imanlılara ana bətnində verilir.
15 İnsanlar   arasında   özünə   əbədi   məskən
salmışdır,
Onların   nəsillərinə   sədaqətlə   xidmət
edəcək.
16 Hikmətin
 
kamilliyi
  Allahdan
qorxmaqdır,
Hikmət öz bəhrələri ilə insanları doydurur.
17 Arzuladıqları bütün şeylərlə evlərini,
Məhsulları ilə anbarlarını doldurur.
18 Rəbb qorxusu hikmətin tacıdır,
O,   sülhə   daha   da   güc   verir,   sağlamlığı
artırır.
19 Rəbb   hikmətə   nəzarət   edib   dəyər
vermişdir,
Bilik   və   dərrakə   şəklində   yerə
yağdırmışdır.
Ona malik olanların izzətini ucaltmışdır.
20 Hikmətin kökü Rəbb qorxusudur,
Onun budaqları uzun ömürdür.
21 Rəbb qorxusu günahları qovar,
Hikmətin olduğu yerdə qəzəb itib gedər.
d

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin