Deuterokanonik kitabları Yoxlama versiyası


Ağıllı   davranış   və   sağlam   düşüncə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə201/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   197   198   199   200   201   202   203   204   ...   304
Barux

Ağıllı   davranış   və   sağlam   düşüncə
barədə
1 Qüdrətli   bir   şəxslə   mübarizəyə   girişmə
ki,
Onun çənginə keçməyəsən.
2 Varlı bir adamla çəkişmə ki,
Vəziyyəti sənin əleyhinə döndərməsin.
Çünki qızıl çoxlarını məhvə sürükləmiş,
Padşahların ağlını çaşdırmışdır.
3 Çoxdanışan şəxslə mübahisə etmə,
Onun dilinə rəvac vermə.
4 Tərbiyəsiz adamla zarafat etmə ki,
Sənin əcdadını təhqir etməsin.
5 Günahından   üz   döndərmiş   kəsi
məzəmmət etmə,
Yadda saxla ki, hamımız cəza altındayıq.
6 Qoca vaxtında insana xor baxma,
Çünki biz özümüz də qocalacağıq.
7 Başqalarının ölümünə sevinmə,
Yadda saxla ki, biz hamımız öləcəyik.
 
8 Müdrik   adamların   söhbətlərinə
etinasızlıq etmə,
Onların məsəllərini tədqiq et.
Çünki bunlardan təlim öyrənəcəksən,
Vəzifəli   adamlara   xidmət   etməyin
qaydalarını biləcəksən.
9 Yaşlı   adamların   söhbətlərinə   etinasızlıq
etmə,
Çünki   bunları   öz   əcdadlarından
öyrənmişlər.
Sən onlardan düşünmək qabiliyyətini,
148


Zəruri   olduqda   cavab   verməyi
öyrənəcəksən.
10 Günahkarın kömürünü alovlandırma,
Çünki   onun   alovunun   dillərindən   yana
bilərsən.
11 Həyasız adama baş qoşma ki,
Səni öz sözlərindən tələyə salmasın.
12 Səndən güclü olan adama borc vermə,
Əgər vermisənsə, pulunu itirilmiş hesab et.
13 Öz   imkanından   artıq   üzərinə   zaminlik
götürmə,
Əgər götürürsənsə, pulu ödəməyə hazır ol.
 
14 Bir hakimlə məhkəməyə çıxma,
Çünki hökm onun lehinə olacaq.
15 Macəraçı bir adamla yol yoldaşı olma,
Sənə əziyyət gətirə bilər.
O, özbaşına hərəkət edəcək,
Onun düşüncəsizliyi hər ikinizin ölümünə
səbəb ola bilər.
16 Tez qızışan adamla mübahisə etmə,
Çöllüyə onunla birlikdə səfər etmə.
Çünki   qan   tökmək   onun   üçün   çox   asan
işdir,
Kömək olmayan yerdə səni vura bilər.
17 Ağılsız bir adamla məsləhətləşmə,
Çünki o, sənin sirrini saxlamaz.
18 Yad adamın yanında gizli ediləsi işləri
etmə,
Çünki bilmirsən ki, ondan hansı əməl hasil
olacaq.
19 Ürəyindəkiləri hər adama bildirmə,
Yaxşılığı hər adamdan qəbul etmə.
9

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin