Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə202/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   198   199   200   201   202   203   204   205   ...   304
Barux

Qadınlar barədə
1 Sevdiyin arvadını qısqanma,
Öz zərərinə ona pis nümunə göstərmə.
2 Özünü qadına təslim etmə,
Öz gücünü onun tapdağına vermiş olarsan.
3 Əxlaqsız qadına tərəf getmə,
Onun tələsinə düşmüş olarsan.
4 Musiqiçi qızla çox oturma,
Onun ədalarına əsir olarsan.
5 Bakirə qıza çox baxma,
Yoxsa bunun cəriməsini ödəmiş olarsan.
h
6 Özünü fahişələrə təslim etmə,
Yoxsa mirasını bada verərsən.
7 Şəhərin   küçələrində   gedərkən   o   yan-bu
yana baxma,
Şəhərin xəlvət yerlərini sərgərdan dolaşma.
8 Gözəl qadından gözlərini çək,
Başqasına məxsus olan gözəlliyə gözlərini
dikmə.
Qadın gözəlliyi çox kişini başdan çıxarıb,
Bundan bir od kimi istək alovlanır.
9 Evli bir qadınla heç zaman oturma,
Onunla ziyafətdə şərab içmə ki,
Ürəyin ona meyil etməsin,
Ruhun həlaka sürüklənməsin.
Dost seçimi
10 Köhnə dostunu tərk etmə,
Təzə dost onunla müqayisə oluna bilməz.
Yeni dost yeni şəraba bənzəyər,
Şərab köhnəldikcə dadı gözəl olar.
 
11 Günahkarın uğuruna həsəd aparma,
Çünki   qəfil   aqibətinin   necə   olacağını
bilmirsən.
12 Haqsızların   bəyəndikləri   şeyləri
bəyənmə,
Yadda   saxla   ki,   haqsızlar   bütün   ömürləri
boyu saleh sayılmayacaqlar.
13 Öldürmək   qüdrətinə   malik   olan
adamdan uzaq dur,
Ta ölüm qorxusu ilə həyəcana düşməyəsən.
Əgər ona yaxınlaşırsansa,
Səhv   etmə   ki,   səni   həyatından   məhrum
etməsin.
Elə hesab et ki, tələlər arasında gedirsən,
Qala   divarlarının   bürcləri   üzərində
gəzirsən.
14 Mümkün olduqca qonşularını tanımağa
çalış,
Müdrik adamlarla məsləhət et.
149


15 Ağıllı insanlarla söhbət et,
Bütün   danışıqların   Uca   Olanın   qanunu
barədə olsun.
16 Saleh adamlarla həmsüfrə ol,
Rəbb qorxusuna malik olmağınla fəxr et.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin