Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə284/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   280   281   282   283   284   285   286   287   ...   304
Barux

Digər böyük əcdadlar
14 Dünyada   Xanok   kimisi   hələ
yaradılmamışdır,
Ona   görə   ki,   Allah   onu   yer   üzündən
qaldırmışdır.
15 Yusif kimisi hələ dünyaya gəlməmişdir,
O,  qardaşlarının  başçısı  və  xalqın  dayağı
idi,
Hətta   onun   sümüklərinə   də   qayğı
göstərildi.
16 Sam   və   Şet   insanlar   arasında   şöhrət
qazandı,
Amma   Adəm   yaradılan   varlıqların
hamısından üstündür.
50
Baş kahin Şimon
1 Oniya oğlu Şimon böyük kahin idi,
Həyatı ərzində məbədi bərpa edən o idi.
Onun   dövründə   müqəddəs   məskən
möhkəmləndirildi.
2 Onun   tərəfindən   ikiqat   divarın   əsası
qoyuldu,
Məbədin ətrafına hündür istehkam çəkildi.
3 Onun dövründə su anbarı qazıldı,
O, tunc hovuzla bir ölçüdə idi.
m
4 Öz   xalqını   fəlakətdən   qorumaq   qayğısı
ilə
Mühasirəyə qarşı şəhəri möhkəmləndirdi.
5 Şimon məbədin pərdəsini açıb çıxarkən
Ətrafına toplaşan xalqın arasında necə də
əzəmətli idi!
6 Şimon   buludların   arasındakı   səhər
ulduzu,
Bayram günlərindəki bədirlənmiş ay kimi
idi.
7 O, Uca Olanın məbədi üzərində parlayan
günəş,
Möhtəşəm   buludlarda   bərq   vuran   göy
qurşağı kimi idi.
8 İlk bahar fəslindəki qızılgüllər,
Su mənbələri kənarındakı zanbaqlar,
Yay   fəslindəki   ətir   ağacının   tumurcuqları
kimi idi.
9 Buxurdandakı od və buxur,
Hər cür qiymətli daşlarla bəzədilmiş
Döymə qızıl qablar kimi idi.
10 Bar gətirən zeytun ağacı,
Buludlara qədər ucalan sərv ağacı kimi idi.
11 Şimon təmtəraqlı üst cübbəsini geyərək,
Fəxri bəzəklərə bürünərək
Müqəddəs qurbangaha çıxarkən
Müqəddəs
 
məskənin
 
ətrafını
izzətləndirirdi.
12 Kahinin əlindən pay alarkən,
Qurbangah ocağının yanında duranda
Başqa   kahinlərdən   ibarət   çələng   onu
dövrəyə alırdı.
Onda hündür bir Livan palıdına bənzəyirdi,
Onlar xurma ağacının budaqları kimi onu
əhatə edirdilər.
13 Harun nəslindən olanların hamısı
Öz əzəmətli görünüşlərində
Bütün İsrail camaatının önündə
Rəbbə olan təqdimləri əllərində tuturdular.
14 Şimon Uca Olan Külli-İxtiyarı
Təqdimlə rövnəqləndirmək üçün
Qurbangahlardakı xidməti tamamlayaraq
15 Əlini uzadıb kasanı götürür,
Üzüm şirəsindən bir qədərini təqdim kimi
axıdaraq
Qurbangahın təməlinə tökürdü.
Bunu Uca Olan, hər şeyin Hökmranı üçün
Ətirli qoxu olmaqdan ötrü edirdi.
16 Sonra   Harunun   nəslindən   olanlar
ucadan səslənərək
Döymə   metaldan   hazırlanmış   boruları
çalırdılar.
Uca Olanın önündə çağırış olaraq
Yüksək səs eşidilirdi.
17 Onda bütün xalq birlikdə tələsərək
Üzüstə   yerə   düşüb   özlərinin   Rəbbinə,
Külli-İxtiyar,
Uca Olan Allaha səcdə edirdilər.
199


18 Məzmur   oxuyanlar   Ona   öz   səsləri   ilə
həmd edirdilər,
Yüksək avazlı musiqi şirin səslənirdi.
19 Rəbbin mədhi tamamlanana qədər
Xalq   Mərhəmətli   Olanın   önündə   dua
edərək
Uca Olan Rəbbə müraciət edirdi,
Beləcə, onlar öz xidmətlərini bitirirdilər.
20 Sonra Şimon aşağıya enərək
Bütün   İsraillilərin   icması   üzərinə   əllərini
qaldırırdı ki,
Öz dili ilə Rəbbin xeyir-duasını versin,
Onun adı ilə öyünsün.
21 Xalq Rəbbin xeyir-duasını qəbul etmək
üçün
Səcdə hərəkətini yenidən icra edirdi.
Nəsihət
22 İndi isə hər varlığın Allahına alqış edin,
Hər yerdə böyük işlər görən Odur,
Ana bətnindən bəri bizi bəsləyən Odur.
O,   bizimlə   Öz   mərhəmətinə   görə   rəftar
edir.
23 Qoy Allah bizə ürək sevinci versin!
Qoy keçən günlərdə olduğu kimi
Bizim günlərimizdə də İsraildə sülh olsun!
24 O,   bizə   olan   mərhəmətini   davam
etdirsin!
Öz dövrümüzdə bizə qurtuluş versin!

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin