Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


III növ təyini söz birləşməsi şəklində olanlar



Yüklə 0,99 Mb.
səhifə100/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   95   96   97   98   99   100   101   102   103
III növ təyini söz birləşməsi şəklində olanlar: bu tipli birləşmələr birinci tərəfi yiyəlik hal şəkilçisi ilə, ikinci tərəfi mənsubiyyət şəkilçiləri ilə işlənir, ikici növ təyini söz birləşmələrindən fərqli olaraq, konkretlilik, müəyyənlik bildirir. İkinci növ təyini söz birləşməsi kimi cümələnin bir üzvü olur. Bu birləşmələrin tərəfləri arasına müxtəlif sözlər daxil etmək olur, həmin sözlər birləşmənin ikinci tərəfinə aid olub onu izah edir. Bu tipli birləşmələr daha məhsuldardır. Onomastik leksikamızda fəal işləmə dairəsinə malikdir. III növ təyini söz birləşməsi modelində yaranan ktematonimlər də yetərincə çoxdur. Biz bunu ktematonimlərin bütün qruplarında şahidi olduq. III növ təyini söz birləşmələri şəklində olan ktematonimləri aşağıdakı kimi qruplaşdırmağı məsləhət bildik:

1)Birinci tərəfi şəxs adları ilə, ikinci tərəfi müxtəlif leksemlərlə ifadə olunan ktematonimlər: “Nəriman Nərimanovun dəfni” , “Dantenin yubleyi” (sənədli film) və s.

2 ) Birinci tərəfi toponimlərlə ifadə olunan III növ təyini söz birləşməsi şəklində olan ktematonimlər: “Qarabağın qızları” və s.

3) Birinci tərəfi hidronimlərlə ifadə olunan III növ təyini söz birləşməsi şəklində olan ktematonimlər: “Arazın səsi”(radio), “Adriatik dənizinin sahillərində” (kino) və s.

4) Birinci tərəfi I növ təyini söz birləşməsi ilə ifadə olunan III növ təyini söz birləşməsi şəklində olan ktematonimlər: “Böyük qəlbin nəğmələri və s.

5) Birinci tərəfi II növ təyini söz birləşməsi ilə ifadə olunan III növ təyini söz birləşməsi şəklində olan ktematonimlər: “Ana dili günü bayramı”, “Azərbaycan həmkarlar ittifaqları konfederasiyaları” və s.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin