Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Televiziya və radio verilişlərinin adları



Yüklə 0,99 Mb.
səhifə30/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   26   27   28   29   30   31   32   33   ...   103
Televiziya və radio verilişlərinin adları. Televiziya və radio verlişləri kütləvi informasiya və təbliğat, tərbiyə və maarif, həmçinin əhalinin mədəni istirahətini təşkil etmək vasitələrindən biridir [31, s. 191]. Bu sahə hal-hazırda dinamik surətdə inkişafdadır. Əvvələr bir dövlət kanalı fəaliyyət göstərirdisə, indi dövlət və özəl kanalların sayı yetərincədir. Bu kanallar arasında gedən rəqabət bir-birindən maraqlı, baxımlı verilişlərin hazırlanmasına səbəb olur. Televiziya və radio verlişlərinin içərisində şou və əyləncə xarakterli verilişlər müqayisədə üstünlük təşkil edir. Çünki, bu tamaşaçı və dinləyici auditoriyasını daha çox cəlb edir. Televiziya və radio verilişlərinə ad vermək yaradıcılıq prosesində mühim amillərdəndir. Bu sahədə ilk iş verilişin formatını müəyyənləşdirmək, məqsəd və mövzusunu dəqiqləşdirməkdir. Ən son proses isə verilişə ad seçməkdir. Uğurlu ad seçmək işin əsas hissəsindən biridir. Televiziya və radio verlişlərinin adlarını əhatə sahəsinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Xəbər proqramlarının adları: Xəbərçi, İç xəbər, Günün nəbzi, Günün xəbərləri, Xəbərlər, Son xəbər, Həftə sonu, Hesabat və s.

  2. Səhər efirə gedən verilişlərin adları: Günaydın, Hər səhər, Günəbaxan, Şirin çay, Gün üzü və s.

  3. Mətbəx verilişlərinin adları: Ləziz dad, Nuş olsun, Nahardan əvvəl və s.

  4. Şou proqramların adları: Gündəlik, Mikayıl şou, Top kimi şou, Qara oki, Cehiz, AtV maqazin, Adam içində, 5/5, Onlar, Könül dünyamız, Tam səmimi və s.

  5. Elmi veriliş adları: Universual, Ağıl dəryası, Zəka, Mən Azərbaycanlıyam və s.

  6. Hərbi vətənpərvərliklə bağlı veriliş adları: And yerimiz, Sərhədçi, Vətən sərhəddən başlayır və s.

  7. Sağlamlıqla bağlı yaranan veriliş adları: Həkim məsləhəti, Sağlam olun, Sağlamlıq, Sağlam həyat və s.

  8. Qadın verilişlərinin adları: İncə maraqlar, Şarm və s.

  9. Müxtəlif sahələrə aid televiziya və radio verilişlərinin adları: Benefist, Ənənə boxçası, Ovqat sorağında, Köndələn və s.

  10. Uşaq verilişlərinin adları: Cücələrim, Top bala və dostları, Bapbalaca, Mən böyümüşəm, Biri varmış, bir yoxmuş və s.

  11. İnsanlar kömək məqsədilə yaradılan verilişlərin adları: Adam içində, Səni axtariram, Ümidvar, Bizi barışdırın və s.

Televiziya özü ədəbi dili inkişaf etdirən vasitələrdən biri olduğuna görə bu adların yazılış və tələffüzündə vahid prinsipə əməl edilir [75, s. 352].


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin