Qoy gülüm gəlsin, ay nənə. Xalq mahnısında qızın öz anasına yalvararaq sevdiyi oğlana yazığı gəlməsini, rəhm etməsini istəyir. Bildiyimiz kimi əvvələr anaya nənə də deyərdilər. Məsələn “Sarı gəlin” xalq mahnısnda da biz bunu müşahidə edirik. Aşiq məşuquna qovuşmağına mane kimi ananı görür və birinci bəndin sonunda “ay nənən ölsün, Sarı gəlin” ifadəsi işlənir. Bunun izləri danışıq dilimizdə hələ də qalmaqdadır. Bəzən atası-anası əvəzinə dədəsi-nənəsi ifadəsini işlədirik. Xalq mahnısının adı elə mahnının nəqarətdən götürülüb