Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə89/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   85   86   87   88   89   90   91   92   ...   103
Xocalı faciəsi – 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalıya daxil olaraq insanlığa sığmayan vəhşiliklər törətdilər. Şəhər əhalisinin çox hissəsini amansızlıqla, xüsusi qəddarlıqla qətlə yetirdilər. Onlarla insan ermənilərə əsir düşdü. Rəsmi məlumata görə, 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Bu xrononimin“Xocalı faciəsi” adlanması həmin şəhərdə baş verən faciə ilə bağlıdır.

III FƏSİL

KTEMATONİMLƏRİN YARANMA YOLLARI
Azərbaycan dilinin leksik fondunda onomastik vahidlər böyük bir tutuma malikdirlər və onlar da digər vahidləri kimi Azərbycan dilinin qanunları əsasında yaranır və inkişaf edirlər. Həyatın bütün sahələrində gedən proseslər dilə təsirsiz ötüşmür. Belə ki, xalqın tarixi, mədəniyyəti, ümumi səviyyəsi birbaşa dildə öz əksini tapır. Zaman keçdikcə yaşayış şəraiti dəyişir, elmi-texnika tərəqqi edir, sosial-iqtisadi mədəni həyat səviyyəsi yüksəlir və bu da yeni adların yaranmasına zəmin yaradır. Azərbaycan dilində onomastik vahidlər ümumi adlardan apelyativlərdən əmələ gəlir. Hər bir xüsusi adın yaranmasında apelyativlər öz məzmunundan uzaqlaşaraq yeni mənalı xüsusi adın yaranmasına xidmət edir [35, s.363].

Azərbaycan dilçiləri dilimizdə sözlərin yaranma yollarını müxtəlif cür təsnif etmişlər. S. Cəfərov söz yaradıcılığı prosesini üç qrupda qruplaşdırır. 1) Leksik yolla yaranan sözlər, 2) Morfoloji yolla yaranan sözlər, 3) Sintaktik yolla yaranan sözlər [40, s.121-184]. Qeyd edək ki, bir çox dilçilər bu bölgünü əsas götürür və dilimizdə semantik söz yaradıcılığı ilə leksik söz yaradıcılığı bir qrup şəklində tədqiq olunur. H. Həsənov söz yaradıcılığının əsas tipləri kimi digər dilçilərdən fərqli bölgü təqdim edir: 1) Leksik-semantik, 2) Morfoloji-sintaktik, 3) Leksik-morfoloji, 4) Leksik-sintaktik [75, s.295]. A.Qurbanov sözün yaranma yollarını aşağıdakı kimi qruplaşdırır: 1) Leksik üsulla yarananlar, 2) Semantik yolla yarananlar, 3) Morfoloji yolla yarananlar, 4) Sintaktik yolla yarananlar [76, s. 293]. Fikrimizcə, leksik və semantik yolla yaranan ktematonimlər eyni başlıq altında öyrənilməlidir və buna görə də, əmələgəlmə üsuluna görə ktematonimləri aşağıdakı kimi qruplaşdırırıq:





    1. Yüklə 0,99 Mb.

      Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin