Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ


QURANIN TƏHRİF OLUNMADIĞINA DƏLİLLƏR VƏ ŞİƏLƏRİN BU DƏLİLLƏRƏ İRADLARI



Yüklə 0,94 Mb.
səhifə27/44
tarix02.02.2022
ölçüsü0,94 Mb.
#114006
1   ...   23   24   25   26   27   28   29   30   ...   44
QURANIN TƏHRİF OLUNMADIĞINA DƏLİLLƏR VƏ ŞİƏLƏRİN BU DƏLİLLƏRƏ İRADLARI
Məlumdur ki, bütün bunlar onların uydurduqları iftiradan, onların ağızlarından çıxan yalandan, ix-tira etdikləri böhtandan başqa bir şey deyil. Çünki şiələrdən başqa bütün müsəlmanlar belə etiqad edir-lər ki, Quranın bir hərfi də dəyişdirilməmiş, bir işarəsi belə düşməmişdir. Bunu inkar edən hər bir kəs səmada parlayan Günəşi görə-görə gündüz Günəş çıxmır, gecələr qaranlıq olmur deyən kimidir. Belə-sinə ancaq onu demək lazımdır ki, Qurani-kərimin hər hansı bir dəyişdirilmədən, təhrifdən, ondan nə-yinsə çıxarılmasından və ona nəyinsə artırılmasın-dan qorunması və saxlanmasını sübut edən dəlillər elə sıx və ardıcıl ağıl və düşüncə dəlilləridir ki, onların əleyhinə danışmaq belə mümkün deyil.

Üzərində heç bir toz dənəsi belə olmayan dəlil isə Sübhanəhü və Təalanın bu kəlamıdır: "Ona nə əvvəl, nə də sonra batil daxil ola bilməz". Bir də Allah-təalanın bu sözüdür: "Zikri Biz nazil etmişik, Biz də onu qoruyuruq". Bu iki ayə elə açıq-aydındır ki, onla-rın heç birində nə bir anlaşılmazlıq, nə də bir mü-rəkkəblik var. Lakin şiələri bu mətnlərə açıq-aşkar batildən ibarət şərh verib rəvayət edən görərsən.261 Budur bir şiə alimi deyir: "Quranda təhrif və nöqsan-ların olmadığını aşkara çıxaran dəlillərə gəldik-də, buna Allah-təalanın bu kəlamını misal gətirmək olar: "Ona nə əvvəl, nə də sonra batil daxil ola bil-məz”. Onların (sünnilərin — tərc.) iddialarının ək-sinə olaraq, bu və Allah-təalanın "Zikri Biz nazil etmişik, Biz də onu qoruyuruq" kəlamı bizim əlimiz-dəki Quranda dəyişikliklərin olmadığına dəlalət et-mir. Haqqında danışılan "qorunan" Quran "əl-hafi-zunə" ("qoruyanlar" - burada “qoruyuruq” kimi tərcümə olunur — tərc.) sözünün yerinə "əl-alimunə" ("bilən-lər") sözünün olduğunu ehtimal etməklə imamlardakı Qurandır. Elə deyilməmişdir ki, əlimizdəki Quran da artıq-əskiyin yol tapmadığı qorunan Qurandır. Bu ayənin tamamilə gizli olan sübutu bu Quran deyil”.262

Həmin bu sözü bir iranlı şiə alimi — Əli Əsğər Bürcərdi də şiələrin tələbi ilə şiə əqidəsinin və-zifələrini aydınlaşdırmaq məqsədilə Məhəmməd şah Qacar zamanında yazdığı kitabında təkrar edir. O de-yir: "Vacib olan odur ki, biz bəzi münafiqlərin tər-tib etdikləri Quranda təhriflərin və buraxılmış yerlərin olması ilə yanaşı, əsl Quranda heç bir dəyişiklik və təbdilin olmadığına inanmalıyıq. Əsl həqiqi Quran isə bizdə əsrin imamında — məşhur Mehdidədir (Allah onun zühurunu tezləşdirsin!)".263

Digər hindistanlı bir şiə alimi belə demişdir: "Allah Kəlamında Quranın qorunması ifadəsi Alla-hın Öz aşağıda misal gətirəcəyimiz kəlamında dediyi kimi, onun yalnız lövhi-məhfuzda qorunub saxlanma-sını nəzərdə tutur”.264

Mənbələrdə bu mənalı çoxlu mətnlərə rast gəlmək olar.

Qurani-məciddən ən aşağı səviyyədə xəbəri olan hər bir şəxs bu boş şərhlərin və zəif cavabların qənaətbəxş olmadığını bilir.

Birincisi, ona görə ki, qorunan Quranın imamda olan Quran olduğunu dedikdə bilmək lazımdır ki, imam olmadıqda dəyişiklikdən və təhrifdən qoruna bilməyən Quranın qorunmasının və saxlanmasının nə faydası var? Belə bir Quran nə möminlərə düzgün yol göstərə bilər, nə onlar üçün Allahın adının zikri ola bilər, nə də etiqadlarda, ibadətlərdə, münasibət-lərdə və digər ehkamlarda ona etimad göstərilə bi-lər. Həmçinin Quran Islamın əsası və bünövrəsi ol-duğu üçün, bu halda Islam bünövrəsiz, insanlar onları düzgün yola aparan bir şeyin olmaması üzündən məsu-liyyətdən kənar, şəriət isə əsas qanunu olmadığından təsirsiz olar; Quran Məhəmməd səlləllahü əleyhi və səlləmin peyğəmbər göndərilməsindən sonra deyil, üzə çıxmasının və zühurunun harada və nə vaxt olacağı bilinməyən Mehdinin üzə çıxmasından sonra aləmlə-rin Zikri olar.

Ikincisi, bu, Quranın lövhi-məhfuzda qorunub sax-landığını deyənlərə cavabdır.

Həmçinin belə olduqda Quranın hansı mahiyyəti qalar? Belə ki, Tövrat, Incil və başqa sühüflər də Allahın yanında, özü də lövhi-məhfuzda qorunub sax-lanır.

Üçüncüsü, bu ayə bildirir ki, hifz ancaq nazil olan-dan sonra baş verir. Belə ki, Qüdrət və Cəlal sahibi Allah demişdir: "Zikri Biz nazil etmişik, Biz də onu qoruyuruq".

Təhrifin artıq nazil olmuş şeydə olduğu, nazil olandan qabaq olmadığı aydın həqiqətdir. Lakin şiə-lər Islama, onun rəhbərlərinə və müsəlmanlara nif-rət bəslədiklərindən buna əhəmiyyət vermir, hətta ağlın rədd etdiyi və fəhmin nifrət etdiyi sözlər iş-lədirlər.

Quranda dəyişiklik və təhrifin olmadığını sübut edən Qurandan və Sünnədən gətirilmiş çoxlu ənənəvi dəlillərlə yanaşı, ağlı və şüuru olan insanı Qura-nın təhrif olunmasını deməməyə çağıran çoxlu əqli dəlillər də var. Çünki o, yazılı və şifahi şəkildə nəsildən nəsilə keçmişdir. Indiki fəsad və dinsiz-lik zamanında belə Qurani-kərimi bütünlüklə əzbər bilib öz qəlblərində daşıyan milyonlarla bəşər öv-ladı var. Ramazan ayında təravih (əlavə namazlar və ibadətlər — tərc.) zamanı Quran hafizləri və qiraət-çilərinin camaatla birgə namaz qılarkən Quranı bir kəlmədə, hərfdə, hətta bir nöqtə qədər, bir iynə ucu qədər də səhv etmədən oxuduqlarının şahidi olarsan. Əks təqdirdə, səhv edənin səhvi yubadılmadan başqası tərəfindən düzəldilir. Şatibi bu barədə demişdir: "Allah Qurani-kərim üçün o qədər hafiz yaratmışdır ki, əgər ona bir hərf belə artırılsa, bunu böyük qiraətçilərdən əlavə minlərlə balaca uşaq üzə çı-xarar”.265

Diqqətəlayiq haldır ki, Pakistanın Pəncab maha-lındakı Kəcrat və Cəhləm vilayətlərinin kəndlə-rində və şəhərlərində Quranı əzbər bilməyən bir kişi və ya qadın yoxdur. Bu vilayətlərin əhalisi qırx min nəfərdən çoxdur. Bu, indiki zamandır, bəs xeyir işlərin birbaşa şahidi olmuş o zaman necə imiş?


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin