ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM


«Allah bəndələrinə (ibadür-rəhmana) cahil və nadanlar xitab etdikdə (Allah bəndələri) salam deyərlər».1



Yüklə 498,93 Kb.
səhifə34/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
«Allah bəndələrinə (ibadür-rəhmana) cahil və nadanlar xitab etdikdə (Allah bəndələri) salam deyərlər».1

Gülümsəyib ona dedim: - Ay qardaş, əgər müsəlmanların məzarlarında namaz qılmaq haramdırsa, bəs nəyə görə səhabə dövründən indiyə kimi milyonlarla müsəlman Peyğəmbər (s)-in qəbrində namaz qılıb onun dövrəsinə yığılırlar? Bəs niyə müsəlmanlar həzrət İsmailin məqamında və Məscidül-həramda İslamın əvvəlindən indiyə kimi namaz qılırlar və bilirlər ki, həzrət İsmail, anası Hacər və peyğəmbərlərdən 70 nəfəri orada dəfn olunublar. Nəyə görə müsəlmanlar Dəməşqdəki Came məscidində həzrət Yəhya ibn Zəkəriyyanın qəbri kənarında namaz qılırlar? Müsəlmanlar Nəcəfdə İmam Əli, Kərbəlada İmam Hüseyn, Kazimeyn və Samirra şəhərlərində olan digər imamların (ə) qəbirlərinə niyə namaz qılırlar?

Əgər qəbrə namaz qılmaq haramdırsa, bəs nəyə görə bunu səhabə və tabeinin heç birindən eşitməmişik ki, həzrət Peyğəmbərin və həzrət İsmailin qəbrinə namaz qılmağı nəhy etsinlər? Əksinə, səhabə və tabeinin özləri bu işi görmüşlər. Görəsən, bunların hamısı qəbrin yanında namaz qılmağın caiz olmasına dəlil deyildirmi?

Peyğəmbər (s) və adları çəkilən sair şəxslərin qəbirlərinin yanında namaz qılmaq caiz olduğu kimi, eləcə müqəddəs «Bəqi» qəbiristanlığında da namaz qılmaq caizdir, çünki bu məkanların bir-birləri ilə təfavütləri yoxdur...

Söhbət bu yerə çatanda, o vəhhabi məmuru heç bir cavab vermədən, söhbəti yarımçıq kəsib uzaqlaşdı.

Məni gülmək tutdu... Sifəti qəzəbli və pərt olmuşdu. Hələ bir az uzaqlaşmışdı ki, ona dedim: - Heç olmasa xudahafizləşib mübahisəni bitir. Adam da söhbəti kəsib, xudahafizləşmədən və hətta bir kəlmə söz demədən gedərmi?

Cavab vermədi və öz yoluna davam etdi.


Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin