311) Midokalm dərman vasitəsi hansı farmakoloji təsirə malikdir?
A) Yerli anesteziyaedici təsir
B) Yuxugətirici təsir
C) Absorbsiyaedici təsir
D) Miorelaksasiyaedici təsir
E) Bəlğəmgətirici təsir
Ədəbiyyat: Справочник Видаль, М., 2012.
312) Kordaron dərman vasitəsi hansı təsiredici maddədən ibarətdir?
A) Amiodaron hidroxlorid
B) Ksilometazolin hidroxlorid
C) Bentsiklan fumarat
D) Gentamisin sulfat
E) Gümüş nitrat
Ədəbiyyat: Справочник Видаль, М., 2012.
313) Vitrum dərman vasitəsi hansı farmakoloji təsirə malikdir?
A) Vitamin və mineral maddələri əvəzləyir
B) Leykopoezi stimullaşdırır
C) İmmun sistemini normallaşdırır
D) Maddələr mübadiləsini yaxşılaşdırır
E) Qaraciyərin funksiyasını yaxşılaşdırır
Ədəbiyyat: Справочник Видаль, М., 2012.
314) Dərman vasitələrinin antikongestiv təsiri nədən ibarətdir?
A) Böyrək borucuqlarının funksiyasını tormozlayır
B) Sümük iliyində leykositlərin yaranmasına səbəb olur
C) Tənəffüs yollarına bəlğəmgətirici təsir göstərir
D) Qaraciyərin funksiyasını yaxşılaşdırır
E) Selikli qişanın şişkinliyini azaldır
Ədəbiyyat: Справочник Видаль, М., 2012.
Dostları ilə paylaş: |