359) Hansı preparat soyuducuda saxlanılmır?
A) Peyvəndlər
B) Üzvi preparatlar
C) Zərdablar
D) Bakterial preparatlar
E) Qalen preparatları
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 213
360) Biyan kökünün qatı ekstraktı hansı həlledici ilə hazırlanır?
A) Qaynar su ilə
B) Ammonyak məhlulu ilə
C) Xloroformla
D) Etil spirti ilə
E) Təmizlənmiş su ilə
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 35
361) Xaricə istifadə üçün nəzərdə tutulmuş qliserinli Lyuqol məhlulunda yodun konsentrasiyası nə qədər olmalıdır?
A) 4,1%
B) 2,5%
C) 3%
D) 1%
E) 5%
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 100
362) Müxtəlif dərman formaları hazırlayarkən hansı maddənin yüksək hiqroskopikliyi nəzərə alınmalıdır?
A) Kalsium-xloridin
B) Süd şəkərinin
C) Kalium-permanqanatın
D) Talkın
E) Terpin hidratın
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
363) Yodun sulu məhlulunu hazırlamaq üçün nə qədər kalium-yodid götürmək lazımdır?
A) Yodun miqdarından üç dəfə az
B) Yodun miqdarından iki dəfə artıq
C) Yodun miqdarından iki dəfə az
D) Yodun miqdarı qədər
E) Yodun miqdarından üç dəfə artıq
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
Dostları ilə paylaş: |