375) Korqlikon preparatı hansı bitkidən alınır?
A) Üskükotundan(digitalis ianata)
B) Xoruzgülü otundan(adonis vernalis)
C) Qaragilə meyvələrindən
D) May inciçiçəyindən
E) Jenşendən
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 270
376) Flamin hansı bitkidən alınan yeni qalen preparatıdır?
A) Yerkökündən
B) Gülümbahardan
C) Çaytikanı meyvələrindən
D) Solmazçiçəyindən
E) İtburnu meyvələrindən
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
377) Plantaqlusid hansı bitkidən alınan preparatdır?
A) Gülxətmidən
B) Səhləbdən
C) Solmazçiçəyindən
D) Bağayarpağından
E) Biyan köklərindən
Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
Dostları ilə paylaş: |