447) Antaqonizm nədir?
A) Başqa dərman maddəsi ilə birlikdə qəbulu zamanı preparatın effektlərinin güclənməsi
B) Dərman maddəsinin təkrar qəbulu zamanı tolerantlığın yaranması
C) Dərman maddəsinin təkrar qəbulu zamanı effektlərin zəifləməsi
D) Dərman maddəsinin təkrar qəbulu zamanı effektlərin artması
E) Başqa dərman maddəsi ilə birlikdə qəbulu zamanı preparatın effektinin azalması
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
448) Dərman maddəsinin terapevtik genişliyi aşağıdakı diapazonla təyin olunur:
A) Maksimal effektiv və minimal toksik dozalar arasında
B) Ən kiçik effektiv və ən yüksək toksiki dozalar arasında
C) Ən kiçik təsir dozası ilə qeyri-spesifik effektlər törədə bilən ən kiçik toksik doza arasında
D) Ən kiçik effektiv və orta terapevtik dozalarl arasında
E) Ən yüksək terapevtik və ən yüsək toksiki dozalar arasında
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
449) Dərman maddəsinin dölün normal inkişafını pozmaqla eybəcər uşaq doğulmasına səbəb olan təsiri necə adlanır?
A) Teratogen təsir
B) Mutagen təsir
C) Kanserogen təsir
D) Fetotoksik təsir
E) Embriotoksiki təsir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |