Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə18/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   164
-funksional-

2.4. Ərzaq məhsullarının iyi
Ərzaq məhsullarının iyini iybilmə üzvləri vasitəsilə təyin edirlər. İybilmə üzvləri vasitəsilə qəbul olunan hər hansı hiss iy adlanır. Ətir isə

iybilmə

üzvləri

vasitəsilə

xoşagələn

iyin hiss olunmasıdır. Bəzi məhsulla-

rın (şərab, çay

və s.)

iy



ətri birlikdə təyin olunur və

buket adlanır.

İybilmə

üzvləri

burunun

yuxarı

hissəsində iybilmə yarığında

yerləşir. Bu,

təxminən göz səviyyəsində

beyinə

çox yaxın yerdədir.



Adi nəfəsalmada havanın çox hissəsi iybilmə epitelindən keçmir, çünki onun sahəsi 5 sm2-dən azdır. Lakin iybilmə orqanlarının hissetmə həssaslığı çox böyükdür. Məsələn, yağ turşusu 1 m3 havada 1 mq, vanilin 0,0000002 mq/m3 olduqda aydın hiss edilir. Elektron analizator, qaz xro-maqrafları və başqa müasir ciyazlar iybilmə üzvlərindən təxminən 100 dəfə az həssaslığa malikdir.


Ərzaq məhsullarında 200-dən çox uçucu maddələr aşkar edilmiş-dir. Məhsullarda rast gəlinən iyli maddələrin çoxu efir yağlarından, mü-rəkkəb efir və asetallardan, aldehid, turşu, spirt və qlikozidlərdən ibarətdir. Bunlardan əlavə ərzaq məhsulları zülalların parçalanması (indol, skatol, merkaptan) və bəzi qeyri-üzvi birləşmələr (SO2, NH3 və s.) hesabına da müxtəlif iy verirlər.
Təcrübədə iylər ən çox aşağıdakı terminlərlə xarakterizə edilir: xo-şa gələn iy, meyvə iyi (limon, portağal), gül iyi (vanil, gül), çürük iyi (hid-rogen-sulfid, indol, skatol, merkaptan), yanıq iyi (qızardılmış çörək, yan-mış qəhvə), yem iyi, qeyri-təmiz iy, acıtəhər iy və s. Əgər məhsulun iyi bizə məlum olan hər hansı maddənin, məsələn, ammonyakın iyini verirsə, onda ammonyak iyi adlandırılır.
İyin təyin olunması temperaturdan çox asılıdır. İyin qiymətləndiril-məsində hər məhsul üçün optimal temperatur müəyyən edilmişdir. Yağ-ların iyi 38-550-də təyin olunur. Dondurulmuş ət və balıq məhsullarının əvvəlcə 820C-yə qədər qızdırır, sonra 550C-dək soyudub iyini təyin edirlər.
İyin təyin edilməsi orqanizmin vəziyyətindən asılıdır. Dequstato-run yorğunluğu, papiros çəkmə, piramidonla müalicə iy hissetməni azaldır, kofein isə əksinə artırır.
Son illər ərzaq məhsullarında iyin miqdar və keyfiyyətcə qaz xro-matoqrafiyası vasitəsilə təyin olunması sahəsində tədqiqatlar aparılır. Təh-lilin nəticəsi avtomatik yazılır və əyrilərlə – «aromatoqramma» - göstərilir.

22


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin