Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ


DİSPERSİYA VƏ KANALIN BURAXMA QABİLİYYƏTİ



Yüklə 302,27 Kb.
səhifə17/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   13   14   15   16   17   18   19   20   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

DİSPERSİYA VƏ KANALIN BURAXMA QABİLİYYƏTİ

Optik verliş sistemlərində ən faydasız parametrlərdən biridə dispersiyadır. Dispersiya dedikdə, optik işıqötürücü lifin (OİÖL) uzunluğu boyunca, optik siqnal (OS) adətən 1 km məsafəyə yayılan zaman impulsun müddətinin genişlənməsi hadisəsi başa düşülür. Dispersiya OİÖL-in burxma zolağını təyin edən parametrlərdən biridir və İÖ-nün uzunluğu boyunca yayılan modların, eləcə də tezlik spektrinin zamandan asılı olaraq səpələnməsi hesabına baş verir. Bu hadisə (effekt) bir-birinə qonşu olan impulsların cəhbələrinin üst-üstə düşməsinə gətirib çıxardır və son nəticədə qəbul olunan siqnalın səhv qəbul olunma ehtimallığını artırır.


Əsasən iki cür dispersiya daha geniş təsir dairəsinə malikdir. Bu dispersiyaların tərkib hissələri şək.1.-də göstərilmişdir.



Xromatik dispersiya. Bu dispersiya dalğa uzunluğundan asılı olaraq işıq dalğasının lifin uzunluğu boyunca yayılma şərti ilə xarakterizə olunur. Xromatik dispersiya, vericinin sonunda alınan optik daşıyıcının çıxış siqnalının spektrinin enin dəyişməsi hesabına əmələ gəlir və bu iki hissədən ibarətdir: 1) materialıın; 2) dalğaötrücünün və ya tezliklərarası dispersiyası.
Materialın dispersiyası dalğa uzunluğundan asılı olaraq özəyin və örtüyün sındırma əmsallarının dəyişməsi ilə xarakterizə olunur .
Dalğaötrücü dispersiya modun daxilindəki proseslə xarakterizə olunur və onun yayılma əmsalının dalğa uzunluğundan asılı olaraq dəyişməsi ilə təyin edilir .
Xromatik dispersiyanın kanalın tezlik xarakteristikasına təsir göstərir. Bu təsirin dərəcəsi ilk növbədə şüalanma mənbəinin şüalandırdığı spektrin xassəsindən (enindən) asılıdır. Lazer şüalanma mənbəi koherentdir və onun daşıyıcı tezlik zolağının spektri ensizdir. Ona görə də burada xromatik dispersiyanın qiyməti xeyli azdır. İşıq şüalandıran diodlarda isə əksinə, koherent olmayan şüalanma mənbəindən istifadə edilir. Onun daşıyıcısının spektri enlidir və bunun hesabına xromatik dispersiyanın qiyməti xeyli böyük alınır.

Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin