Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə38/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   34   35   36   37   38   39   40   41   ...   54
Halal sevdamızda axı, haram var,

Haraya and içim mənim haram var?

İnan bu sabaha, sevirəm səni.
Ölməmişəm, ağlamayın,

Keçin, ayaq saxlamayın,

Qapıları bağlamayın

onsuz da döyən deyiləm.


…Yalama, çəkməm kirlidi,

Hürmə, canım fikirlidi,

Əl çək, ay allahın iti,

mən sənin yiyən deyiləm [40].


Mən bulud oğluyam, bulud balası,

Bulud qırığıyam, bulud parası,

buludnan doluyam başdan-ayağa
Çölüm bulud, içim bulud;

Köksümdə ürəyim-

bulud,

Əynimdə pencəyim, köynəyim-



bulud

Alnımda saçım- bulud [49, s.10].


Bir də bu yerlərə gəlsən, gəlməsən,

Boylanıban məni görsən, görməsən,

qəm eləmə, ağlamaqdan daşın, get,

qoşun-qoşun buludlara qoşul, get,



Mənli-mənsiz dünya həmin dünyadı,

bu dünyanın bu duruşu sağ olsun,



yerdə daşı, göydə quşu sağ olsun.
Kiriyir, yumşalır şerlərim də,

qocalır misralar, sözlər mənimlə.

Dostlar cavan qalır şeirlərimdən,



qocalmaq istəmir dostlar mənimlə [49, 12-13]..
Bu dünya bir qaynar qazanmış demə,

söndürməz odunu nə qar, nə yağış.



Dünyayla dalaşmaq asanmış demə,

çətini dünyayla barışmağ ımış… [49, s. 14].


Əlin də, ayağın da.

Çiynin də, kürəyin də.



Beynin də, ürəyin də.

Hirsindən səbrinəcən,



Beşiyindən qəbrinəcən

bu dünyada sən adlanan nə varsa

sıxılar, yığılar bir addıma [49, s. 18].

Dildə antonim əmələ gətirən sözlər keyfiyyət, məkan, zaman və kəmiyyət anlayışlarını ifadə edir. Buna görə də dildə antonim təşkil edən sözlər insanların həmişə fəaliyyətlərinə, həm də onları əhatə edən mühitə qarşı münasibətlərinə görə bir sıra məna qruplarına ayrılır və əsasən, müstəqil sözlərlə ifadə olunur.



Al məni, ver məni, özgələrə ver,

Qırıq aynalara, güzgülərə ver,

Bölünüm, yüz tikə, min tikə olum,

Bu adam üzümə baxa bilməsin.

Məni aynaların qırıqlarından

Toplaya bilməsin, yığa bilməsin,-

ilahi, al məni bunun əlindən! [49, s.20-21].
Bu yerin üstündə, göyün altında

bölünsəm, hər tikəm bir yana düşsə,

Haçansa, kefinin xoş saatında,

ilahi, təzədən yadına düşsəm,

Təzədən toplasan qırıqlarımı,

Sınıq əllərimi, ayaqlarımı,

Ağzımı, burnumu, qulaqlarımı,

İlahi, təzədən calasan məni,

dünyanın ən gözəl güzgüsü olam [49].

Antonimliyin mövcudluğu üçün iki söz vacibdir və bu iki söz qarşı-qarşıya qoyulur. Inkar və təsdiqdə paralel şəkildə mövcuddur. Hər bir inkarın təsdiqi, hər bir təsdiqinsə inkarı olmalıdır. Dilçilikdə inkara söz tərkibində yanaşmaq, onu, yəni inkarı sözün mənasında axtarmaq, sözün mənasında görməkdir. Semantik baxımdan bu, inkarla yanaşı, mənfi və müsbət, neqativlik və pozitivlik bildirən sözlərin qarşılaşdırılmasıdır. Mənfi və müsbət, neqativ və pozitiv mənanın qəbul edilməsinin özü şərti səciyyə daşıyır.
İnsan insandı, qardaş, heyvan heyvandı;

arvad nə, kişi nə,

it nə, pişik nə? [40, s.29].
Kim gözlədi, kim unutdu,

Kim bu dərdi xəbər aldı?



Oğulları dava uddu,

Nəvələri şəhər aldı [40, s.30].

Birinci nümunədə müəllif insan-heyvan qarşılaşdırılmasını aparır. Əslində, bu iki söz antonim cüt təşkil etmir. Lakin kontekstən asılı olaraq onlar bir-biri ilə əlslik əmələ gətirir. Oppozisiya pozitiv və neqativ məna üzrə formalaşmışdır. Yenə də birinci nümunədə antonim feillər olmayan gözləməkunutmaq qarşılaşdırılmışdır. Əkslik kontekstual məzmundan irəli gəlir. Gözləməkgözləməmək oppozisiyasının ikinci tərəfi, elə bil gözləyib-gözləyib bezməkunutmaq mahiyyəti daşıyır. İkinci nümunədəki oğul - nəvə antonim deyildir. Yenə də kontekstdə qütbləşmə baş verir. Nəslin davamçılarının əldən alınması fikri, sanki “dava” ilə “şəhər” sözlərini sinonimləşdirir.

Müxtəlifsistemli dillərdə, o cümlədən Azərbaycan və ingilis dillərində ilkin təhlil əsasında 5 kontekst tipini təyin etmək olar.

Birinci tip mənanın ümumiliyi ilə səciyyələnir. Bu zaman antonim sözlər kontekstdə həmcins üzvlər kimi işlənir. Antonimlər birləşdirici və ya ayırıcı bağlayıcıların köməyi ilə əlaqələnir.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin