Elmin məqaminin əHƏMİYYƏTİ


BEHİŞT ANANIN QƏDƏMLƏRİ ALTINDADIR



Yüklə 10,72 Mb.
səhifə20/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

BEHİŞT ANANIN QƏDƏMLƏRİ ALTINDADIR


Ananın məqam və mərtəbəsi o qədər yüksəkdir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Behiştə getməyin yolunu ananın ayaqları altında və ona xidmət etməkdə görür. Necə ki, başqa yerdə, Behiştə getməyin şərtini Allah yolunda cihad edənlərin şəmşirlərinin kölgəsində tanıtdırır. İndi də İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) ananın haqqı, ehtiramı və məqamı barəsindəki söylədiklərinə işarə edək:

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: nnət anaların qədəmləri altındadır.1

Həzrət Musa (əleyhissalam) üç dəfə Allah dərgahına tövsiyə olunmasını ərz edir: Allah-taala, hər dəfə onu Öz pak zatına tövsiyə edir. Sonra yenə də tövsiyə olunmasını istəyir. Allah ona iki dəfə anasını, üçüncü dəfə isə atasını tövsiyə edir

Bir nəfər, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlib ərz edir: Ya Rəsuləllah! Kimə yaxşılıq edim? Buyurur: Anana!Ərz edir: Daha kimə? Buyurur: Anana! Yenə ərz edir: Daha kimə? Buyurur: Anana! Dördün dəfə buyurur: Atana yaxşılıq et!

Yuxarıdakı iki rəvayətdən bir sualın cavabı aydın olur. O da budur ki, ananın haqqı çoxdur yoxsa, atanın? Cavab budur ki, ananın haqqı atadan üç dəfə çoxdur. Bəli! Anaın üç dövrdə, hamiləlik, süd vermək və övlad böyütmək dövrlərində xüsusi rolu vardır. Doğrudur ki, ata, uşaqın və ananın xərcində mühüm rol oynayır, ailəni idarə edir, yemək, libas, və bütün ehtiyacları tə`min edir amma, bütün bunlar övladı anaya təhvil verməklədir. O da bir anda baş verir. O, anadır ki, bütün vücudu ilə övladını böyütməlidir.

ANAYA XİDMƏT YAXUD DÖYÜŞ CƏBHƏSİ?


Bir nəfər cavan, anası ilə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və anasının cəbhəyə getməyə icazə verməməsini ərz edir. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Ananın xidmətində ol! byə getməkdən savabı az deyildir!"1


  1. ATANIN HAQQI


وَأمَّا حَقُّ أَبيكَ فَتَعْلَمَ أنَّهُ أَصْلُكَ، وَأنَّكَ فَرْعُهُ، وَأَنَّكَ لَوْلاهُ لَمْ تَكُنْ. فَمَهْمَا رَأيْتَ فِي نفْسِكَ مِمَّا يُعْجِبُكَ فَاعْلَمْ أَنَّ أَبَاكَ أَصْلُ النِّعْمَةِ عَلَيْكَ فِيهِ وَاحْمَدِ اللَّهَ وَاشْكُرْهُ عَلَى قَدْرِ ذَلِكَ وَلا قُوَّةَ إلاّ باللهِ.

Amma, sənin boynunda atanın haqqı budur ki, biləsən, o sənin vücudunun kök və sərçeşməsidir. Sən onun bir şaxəsisən. Əgər olmasaydı, sən də olmazdın. Hər vaxt özündə bir şey müşahidə etsən ki, bəyənirsən və səni təəccübləndirir, bil ki, bu ne`mətin əsli atadandır. Bəs, Allaha pərəstiş et və Ona bu ne`mətə görə şükr et! Allah tərəfindən başqa heç bir güc qüvvə yoxdur! "


ATA ƏSL, OĞUL ŞAXƏ


Həzrət Zeynalabidin (əleyhissalam) bu haqqın əvvəlində, elmi və fəlsəfi məsələyə işarə edir. O da əsl səbəb və nəticə məsələsidir. Əgər səbəb olmasa, nəticə dəolmaz. Əslində bütün məxluqatın vücudu bağlı və qeyri-müstəqildir.Bələliklə, bu qanun bütün maddə aləmində özünü biruzə verir. İmam Səccad (əleyhissalam) övladlara atanını vücudunun əzəmətini bəyan edərəkaşkarcasına buyurur: Ata əsas və kökdür. Övlad isə budaqdır. Kök olmasa, övladın vücudu dünyayagəlməz və zühur etməz. Bəs, övlad da hər nə zühur edirsə, öz kökü və əsli olan atadan hekayətdir.

İmam Səccad (əleyhissalam)-ın bəyanında diqqəti cəlb edən başqa bir mühüm mövzu da budur ki, övlad dünyaya gəlib maddi həyata qədəm atarkən öz inkişafına başlayır və kamal hərəkətinə davam edir. Lakin, ola bilsin, ata elə bir vəziyyətdə olsun ki, maddi inkişafı tamam və ya tamamlanmaq halında olsun. Beləliklə, ata və övladın maddi hərəkəti zamanı, ata öz inkişafını qurtarmağa doğru (qocalıq) halbuki, övlad inkişaf və maddi kamal qülləsinə tərəf hərəkət edir. Ata, günbəgün zəiflədiyini və qocaldığını hiss edir. Lakin, övlad qüvvətlənir və şadlanır. Övlad özünü atadan güclü bilir. Ola bilsin, tədriclə bu ona qürur və təkəbbür gətirsin. Bu halda övladda özünü atasından üstün tutmaq ehtimalı da var. Bu da səbəb olur ki, övlad atasına ehtiram etmək vəzifəsini unutsun yaxud, düzgün yerinə yetirməsin.

Həzrət bu məsələni övlada anlatmaq istəyir ki, hər vaxt səndə belə bir iş baş versə və Allah eləməmiş, təkəbbür halına düşsən, bil ki, sənə kamal və inkişaf cəhətdən nə müvəffəqiyyət üz veribsə, maddi sərçeşməsi atandır. Sənin özündən heç bir şeyin yoxdur. Əgər sən bu məsələni anlasan, qürur və təkəbbürdən nicat taparsan.

İmam Səccad (əleyhissalam)-ın bu haqqın bəyanında buyurduğu üçüncü mövzu, ne`məti tanımaq, təşəkkür və şükür etmək hissini oyatmağa diqqət etməklə, övladın öz vəzifəsini atası müqabilində Allahın buyurduğu kimi icra etməsidir. Bununla da valideynin üzünə ağ olmaq zərərindən qurtarsın. Sonra İmam Səccad (əleyhissalam) izah edir ki, atanın haqqına diqqət, onun müqabilində vəzifəsini yerinə yetirmək fürsətini yalnız, Allah-taala insana nəsib edir. Ona görə də bu imkanı Allahdan istəmək lazımdır.

Keçən bəhslərdə Qur`ani-Kərimdə, Loğman və Əhqaf surələrində ananın haqqı və insanı ata-anası barəsində yaxşılığa də`vət edən ayələri izah etdik. Bu bəhsdə isə həmin ayələrin təfsirində nəql olunan rəvayətlərə və atanın hüququna işarə edəcəyik.

RƏVAYƏTDƏ ATANIN MƏQAMI


Ravi nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dan bu ayə barəsində sual etdim: "Valideynlərə yaxşılıq etmək"dən məqsəd hansı yaxşılıqdır? Həzrət buyurdu: Ata-ananla kamil şəkildə həmsöhbət ol və onunla yaşa. Onların sənə möhtac olmaqına və zəhmətə düşmələrinə şərait yaratma. Özləri ehtiyacsız olsalar da, bu işi görmə. Sonra İmam Səccad (əleyhissalam) sual soruşanın diqqətini başqa ayəyə cəlb edərək oxuyur: "Özünüzün xoşladığınız şeylərdən xərc edin!" Rəvayətin ardında buyurur:

Allahın buyurduğu: "Əgər ata-anandan biri sənin yanında qocalıb əldən düşsələr onlara ən kiçik sayılanUf"kəlməsini də demə! "- ayədən məqsəd budur ki, onları əziyyətedici sözlərlə incitmə. Əgər səndən narahat olub səni vursalar da, onlarla yaxşı sözlərlə danış. O yaxşı söz budur ki, onlara de: "Allah sizi bağışlayıb Öz rəhmətinə aid etsin!" Ayədəki Təvazökar qanadlarını onlara " sözündən məqsəd budur ki, onlara dolu və açıq gözlə baxma. Yalnız, rəhmət və mərhəmətlə nəzər sal. Səsini səslərindən ucaltma, əlini onların əllərindən, qədəmini qədəmlərindən qabağa qoyma."Qədəmini onların qədəmindənirəli qoymamaq"– yə`ni, onlarla uca və əziyyətedici səslə danışma. Üzünü onlara turşutma. Heç bir işdə onlardan önə keçmə və sözün tam mə`nasında onların ixtiyarında ol!

Üsul-Kafi kitabında İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, buyurur:

"Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) yanına gələrək ərz edir: Mənə tövsiyə edin! Həzrət buyurur: Atəşdə yanan vəziyyətində olsan da, Allaha şirk qoşma! Yalnız, qəlbində imanına arxayın olsan, zahirdə (təqiyyə ünvanı ilə) zərurət üzündən bu işi görə bilərsən. Ata-anana itaət et və onlara yaxşılıq göstər. İstər diri, istər ölmüş olsalar. Əgər valideynlərin sənə əmr etsələr ki, mal-dövlətindən ver, hökmən bunu yerinə yetir. Çünki, bu işin özü imandandır. "1

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), istər həyatda olsun istərsə də, vəfat etmiş olsalar, valideynlərə ehsan və yaxşılıq etməyi tövsiyə edir. Ata-ananın məqamını o dərəcədə bəyan edir ki, hətta, əmr etsə ki, mal–dövlət və zövcəni tərk et, ona tabe olmalıdırlar. Bu əmri yerinə yetirmək, iman əlaməti kimi tanıtdırır.

Başqa rəvayətdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yalnız, atanın haqqı barəsində buyurur:

Atanı adı ilə çağırmayın. Ondan qabaqda yol getməyin. Ondan qabaq oturmayın. Onun sizi təhqir etməyinə şərait yaratmayın."

Beləliklə, övlad atanın məqamını belə gözləməli və ata-anasına kamil şəkildə ehtiram göstərməlidir.

Başqa rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan bir nəfər soruşur: Atam qocalıb. Çox zəifləyib. Belə ki hati zamanı onunla birlikdə olmalıyam. Belə işi yerinə yetirimmi? zrət buyurur:

Əgər qüdrətin çatırsa, hökmən bu işi gör! Öz əlinizlə onun ağzına tikə qoyun. Bunun tə`siri, sabah Qiyamət günü Behiştin sənə qismət olması ilə nəticələnər! "

Bu hədisdə İmam Sadiq (əleyhissalam) övladlara buyurur və tövsiyə edir ki, necə ki, bir gün siz zəif idiniz, ata sizin əlinizdən tutub hacətinizi yerinə yetirirdi, indi də sizin vəzifənizdir ki, atanız üçün həmin işi görəsiniz. Bu günkü dünyada qocalar və yaşlılar üçün xüsusu evlər tikmək, həmçinin, özləri belə yerlərdə yaşamaq istəyən qocaları ora cəlb etmək tələb olunan vəbəyənilmiş işdir. Lakin, çox təəssüflər olsun ki, bə`ziləri belə yerləri bəhanə edib, öz əxlaqsızlıq və yersiz niyyətlərini həyata keçirməklə ata-analarını zorla ev mühitindən çıxarıb belə yerlərdə yerləşdirirlər. Onlar bu əməllə valideynlərinin ruhiyyəsinə böyük zərbə vurmuş olurlar. Onların qəm-qüssələrini artırır, ölümlərini tezləşdirirlər. Ata-ananın haqqı və məqamı o qədər böyükdür ki, hətta, müsəlman olmasalar da, İslam onların ehtiramını saxlamasını övladlara göstəriş verir.

Yenə də başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur:

"Üç şey var ki, Allah-taala, bu işin h kimə tərk olunmasına icazə verməmişdir: 1. Əmanəti mö`min ya fasid də olsa, qaytarmaq. 2. Saleh və kafir də olsa, əhdə vəfa etmək. 3. Saleh və pis sahibi də olsa, ata-anaya yaxşılıq etmək."


Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin