Elmin məqaminin əHƏMİYYƏTİ


XOŞHALLIĞIN İNSANIN NİCATINDA ROLU



Yüklə 10,72 Mb.
səhifə71/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

XOŞHALLIĞIN İNSANIN NİCATINDA ROLU


Hədislərdən birində İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Qiyamət günü mö`min qəbirdən qaldırılanda, yanında və arxasınca ona oxşar şəxslər hərəkət edəcəklər. Qiyamətin hər hansı bir dəhşət və vəhşəti qarşıya çıxsa, yanındakılar ona deyəcəklər: Qəmgin olma, qorxma, Allah tərəfindən sənə xoşhallıq və şadlıq müjdəsi var. Allah dərgahında hesab-kitab edənə qədər bu şəxslər həmin mö`minlə birlikdə olarlar. Onunla yüngül hesab çəkib ona deyilər: Behiştə tərəf get. O şəxs gedərkən, yanındakı həmin şəxsləri yenə də görüb onlara deyər: Allah sizə rəhm eləsin! Mən qəbirdən çıxandan bu vaxta kimi mənimlə olub, mənə köməklik göstərmisiniz. De görüm siz kimsiniz? Cavabında deyərlər: Biz həmin şadlıq və sevinclərik ki, sən dünyada mö`min qardaşının qəlbinə salmışdın. Allah bizi həmin sevincdən yaradıb ki. sənə müjdə verək!2 "

Bu hədisdə, qiyamətdə əməllərin təmsil olunmasından söz açılır. Belə ki, hər bir əməlin öz şəkli olacaq. Dünyada mö`minlərə qarşı olunan xoşhallıq xüsusi gözəlliklə təmsil olunmuş, insanın qabağınca və ardınca hərəkətə gəlirlər. Bununlada, insanı Qiyamətin qorxulu və vəhşətli keçidlərindən ötürüb, həmişə öz sahibinə, Allahın mərhəmət müjdələrini çatdırırlar.


İMAM SADİQ (ƏLEYHİSSALAM)-IN TƏRƏFDARLARI ƏMƏL SAHİBİDİRLƏR


Ravi Kuleyni nəql edir ki, "Nəcaşi" bir nəfəri Əhvaz məntəqəsinə fərmandar tə`yin etmişdi. Nəcaşinin işçilərindən bir nəfər İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlib ərz etdi: Mən, Nəcaşiyə çoxlu maliyyat borcluyam. Verməyə də gücüm çatmır. Sizin onunla aranız yaxşıdır. Əgər salah bilsəniz, ona bir məktub yazın ki, mənim halımı nəzərə alsın. Həzrət belə bir məktub yazır:

"Bismillahir-rəhmanir-rəhim. Din qardaşını sevindir, Allah da səni sevidirsin! "

Bu şəxs, İmam Sadiq (əleyhissalam) məktubunu Nəcaşiyə verir. Məclis xəlvət oduqda, Nəcaşi İmam Sadiq (əleyhissalam)-ın məktubunu öpüb gözünün üstünə qoyub dedi: Hacətin nədir? Ərz etdi: Məndən on min dirhəm maliyyat istəyirlər. Nəcaşi göstəriş verir ki,ondan maliyyat almasınlar. Sonra soruşur: Səni xoşhal etdimmi? Bəli! – deyə cavab verir. Sonra Nəcaşi göstəriş verir ki, ona bir at, qulam və bir kəniz də hədiyyə etsinlər. Sonra soruşur: Xoşhal oldunmu? Ərz edir: Bəli! Sonra Nəcaşi üstündə oturduğu fərşi də ona hədiyyə verir. Sail, bütün əhvalatı İmam Sadiq (əleyhissalam)-a nəql edir. Həzrət də xoşhal olur. Ərz edir: Siz də xoşhal oldunuz? Buyurdu: Bəli! Allaha and olsun ki, Peyğəmbər də xoşhal oldu!1


BAŞQALARINI SEVİNDİRMƏK HƏMİŞƏ İNSALADIR


Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"r kim mö`min qardaşını sevindirsə, Allah-talla, bu sevincdən xoş əxlaq bir şəxsi xəlq edər ki, ölüm vaxtı min müsəlmanın yanına lib,Allhın kəramət və razılığını ona müjdə verər. Sonra qəbrə daxil olana qədər onunla olar. Qəbirdə min müjdəni təzədən ona xatırladar. Qiyamət nü qəbirdən qaldırılarkən, yenə min mlələrini onun üçün təkrarlayar. Qorxulu və vəhşətli hallarda, mişə ona ürək-dirək və müjdə verər. Mö`min şəxs, bütün bu məhəbbəti onda rdükdən sonra ondan soruşar: Alah sənə rəhm eləsin, sən kimsən? Cavabında deyər: Mən, min şadlıq və xoşhalam ki, fulan mö`min şəxsin qəlbinə atmışdın! "1

Yenədəbaşqa bir hədisdə Hişam, İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:

Allah dərgahında ən yaxşı əməllərdən biri də mö`mini sevidirməkdir." Sonra sevindirməyin nümunələrinə işarə edir: "Əgər acdırsa, onu doyuzdursun. Şiddətli giriftarçılığı ondan dəf etsin. Borclarını qaytarsın!“2

Bütün bu rəvayətlərdən mə`lum olur ki, İslam, dünya və axirət dinidir. Ən yaxşı yaşayış mühiti, o mühitdir ki, insanlar orada bir-birinə qarşı dost və mehriban olsunlar. Bir-birinə qarşı düşmənçilik və kin-küdurətdən çəkinsinlər. Mə`sum İmamlarımız (əleyhimussalam), bütün bu rəvayətlərdə öz tərəfdarlarını bir-birinə xidmət göstərməyə də`vət etməklə, dünyanı fəzilətli şəhərə çevirmək ümüdünü doğrultmağı tövsiyə edir.



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin