Elxan Xəzə



Yüklə 0,88 Mb.
səhifə6/38
tarix04.01.2022
ölçüsü0,88 Mb.
#53331
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   38
10 noyabr, 2012


DÜNYANI BƏZƏYƏN DİYAR
İyirmi il bundan əvvəl çoxları deyirdi ki,

Bu millət qadir deyil müstəqil yaşamağa,

Suverenlik, azadlıq elə ağır yükdü ki,

Hər xalqın gücü çatmaz bu yükü daşımağa!


Deyirdilər: “Acından qırılacaq çox insan,

Vətənimiz batacaq böyük kədərə, yasa;

Yaşaya bilmərik biz heç vaxt sakit, mehriban,

Başımızın üstündə yad qılıncı olmasa”!


Deyirdilər: “Sığınaq böyük qardaşımıza,

Biz ondan əl çəkməyək o, bizdən bezsə belə,

Yoxsa min cür müsibət gələcək başımıza,

Göz yaşımız axacaq yağıştək gilə - gilə”.


Rus – erməni qoşunu hücum etdi ölkəyə,

Çox çalışdı ölümlə, qanla qorxuda bizi,

Yurdan mərd övladları çəkilməyib kölgəyə,

Göstərdi yağılara möhkəm iradəmizi.


Yolumuzun üstündə çoxu qursa da tələ,

Tablaşdıq hər zərbəyə, dözdük hər çətinliyə.

Ölkənin bir hissəsi işğal olunsa belə,

Biz azadlıq qazanıb çatdıq müstəqilliyə.


Əsarət zəncirindən qurtulan kimi qolu,

Mətanətlə çalışdı yurdumuzda oğul, qız.

Çoxlarının yüz ilə keçə bildiyi yolu,

Cəmi iyirmicə ildə qət elədi xalqımız.

İzlərin arasına düşdü bu xalqın izi,

Özgələr qarşılaşdı yeni naxışla, izlə.

Ölkələr sırasında tutduq öz yerimizi,

Sevgi, hörmət qazandıq gözəl işlərimizlə.


Çətinliyə düşənin daim halına yandıq,

Sülhsevər xalqlar bizi özünə doğma bildi,

Yarış meydanlarında qələbələr qazandıq,

Bayrağımız ucaldı, himnimiz eşidildi.


Könülləri oxşadı Azərbaycan muğamı,

Onu dinləyən kəslər xəyallara daldılar.

Görüb xalqımızdakı istedadı, ilhamı.

Vicdanlı yadlar belə qayğısına qaldılar.


Musiqi yazısında bizim Eldarla Nigar.

Avropanı fəth edib birincilik qazandı.

Bu uğurdan sarsılan nankor, nadan qonşular

Paxıllıqdan od tutub yenə alışdı, yandı.


Dünyaya təqdim edib, göstərdik özümüzü,

Bizi hədəf seçənin oxları dəydi daşa.

Ən uca kürsülərdə söylədik sözümüzü,

Ən ali məclislərdə keçdik yuxarı başa.


Beləcə gedəcəyik daim zirvəyə sarı,

Günbəgün çoxalacaq, artacaq şöhrətimiz.

Heç vaxt tükənməyəcək elin sərvəti, varı,

Çünki düz yolu seçib fədakar millətimiz.


Bəşər görür az vaxtda xalqımız nələr edib;

Qurmaqdır, yaratmaqdır işi, peşəsi ancaq.

Biz azad olmayanda çox yerlər əldən gedib,

Müstəqillik dövründə onlar da alınacaq.


Fikrimiz, düşüncəmiz sutək saf, təmiz duru,

Qaçqınlar dədə - baba yurdunda yerləşəcək,

Alacağıq Dərbəndi, Göyçəni, Zəngəzuru,

İrəvan, Borçalı da bu yurda birləşəcək.


Bir paytaxt tanıyacaq dünyada hər yerimiz,

Hamımız eyni dildə danışıb-dinəcəyik.

İraqadək çatacaq cənub sərhədlərimiz,

Ən böyük ölkələrdən birinə dönəcəyik.


Bizə güc verəcəkdir azad keçən hər ay, il.

Səadət bəxş edəcək müstəqillik bu elə.

Fəqət hər arzumuza ölümlə, qanla deyil,

Çatacağıq zəkanın, ağlın qüdrəti ilə!




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin