Qərarların qəbul olunma forması. Mövcud olan son qərar alternativindən seçimi həyata keçirən şəxs tək adam olarsa, bu zaman qərar təkbaşına qəbul olunan qərardır. Lakin menecmentin müasir rəcrübəsində daha çox mürəkkəb vəziyyətlər və problemlərlə rastlaşılır ki, onların yerinə yetirilməsi hərtərəfli, kompleks təhlil tələb edir, yəni menecerlər və mütəxəssislər qrupunun iştirakını nəzərdə tutur. Bu cür qrupvari, və yaxud kollektiv qərarlar, kollegial qərarlar adlanırlar. İdarəetmənin peşəkarlığının güclənməsi və ixtisalaşmanın dərinləşməsi qərarların qəbul olunmasının kollegial formalarının geniş yayımına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, müəyyən qərarlar əvvəlcədən qanunvericiliyə əsasən kollegial qərarlar qrupuna aid olunmuşlar. Məsələn, səhmdar cəmiyətində müəyyən qərarlar (dividendlərin verilməsi, mənfəət və zərərlərin bölüşdürülməsi, iri sövdələşmələrin həyata keçirilməsi, rəhbər orqanların seçilməsi, yenidən təşkil olunma və s.) səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olunmuşlar. Qərarların qəbul olunmasının kollegial forması, şübhəsiz ki, idarəetmənin operativliyini aşağı salır və ona görə daşınan məsuliyyətin yuyulub silinməsinə səbəb olur, lakin kobud səhvlərin yaranmasına və sui-istifadələrin olmasına sədd yaradır və qəbul olunmuş qərarın əsaslandırılmasını yüksəldir.