“Enerji Təhlükəsizliyi” anlayışı



Yüklə 75 Kb.
səhifə3/3
tarix10.10.2022
ölçüsü75 Kb.
#118217
1   2   3
Movzu 2 - Enerji tahlukasizliyi anlayisi (aze)

Əməkdaşlıq. Qloballaşan dünyada enerji təhlükəsizliyi məsələsi qlobal bir problemə çevrilməkdədir. Buna görə də dövlətlər bu problemi həll etmək üçün öz aralarındakı əməkdaşlığı genişləndirməyə ehtiyac duyur. Təbii ki, heç bir dövlət özünü digər dövlətlərdən təcrid etməklə enerji təhlükəsizliyini təmin edə bilməz. Bu əməkdaşlıq bir neçə səviyyədə qurula bilər. Birinci- dövlətlər səviyyəsində. Qlobal sistemin enerji təhlükəsizliyi ilə bağlı universal bir Beynəlxalq təşkilatın yaranmasına ehtiyacı var. Belə bir təşkilat Beynəlxalq Enerji Agentliyinin edə bilmədiyini edib böyük enerji istehlakçıları ilə OPEK dövlətləri, eləcə də Rusiyanı bir təşkilatda birləşdirməlidir.
İkinci səviyyə şirkətlər səviyyəsidir. Müasir dövrdə enerji şirkətləri artıq transmilli Korporasiyalara dönüşərək enerji ehtiyyatlarının qiymətlərinin formalaşmasında və dünya enerji bazarının idarə olunmasında hətta dövlətlərdən də mühüm rol oynayırlar. “Gazprom” misalında bu tendensiyanı tam aydın müşahidə etmək olar. Belə bir şəraitdə həmin şirkətlər qlobal səviyyədə əməkdaşlıq edərək dünya dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə yardım olaraq yanacaq ehtiyyatlarının qiymətlərində müəyyən dəyişiklik edərək və ya daxili və ya beynəlxalq səviyyədə monopoliyaya yol verməməklə bu sahədə mühüm işlər görə bilər və dolayısı ilə də enerji təhlükəsizliyini təmin edə bilərlər.

1 “What does energy security really mean?”, Daniel Yergin, Wall Street Journal, July 11 2006

2 www.carolinelucasmep.com/energysecurity

3 Daniel Yergin “Ensuring energy security”, Foreign Affairs March/April 2006

4 www.ornl.org/review/energysecurity

5 www.bp.com/energysecurity

6 www.ec.europa.eu/energy

7 www.encharter.org/energysecurity

Yüklə 75 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin