Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə14/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
Diqqətin xüsusiyyətləri. Diqqətin beş əsas xüsusiyyəti var.Buraya aiddir: diqqətin mərkəzləşməsi, davamlılığı, həcmi, paylanması və keçiriməsi .

Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bir obyekt və ya bir fəaliyyətə yönəlir.Başqa sözlə ,yalnız bir obyektə yönəlmiş mərkəzləşmiş diqqət hesab olunur.Maraqlı bir kitab oxuduqda ,diqqətimiz müvafiq iş üzərinə cəmlənmiş olur.

Diqqətin həcmi eyni vaxtda əhatə olunan ,aydın dərk olunan obyektlərin miqdarı ilə müəyyən edilir.Diqqətin həcmi ,hər şeydən əvvəl,qavranılan cisim və hadisələrin bir-birilə nə dərəcədə sıx əlaqədə olmasından ,obyektlərin sadə və mürəkkəbliyindən asılıdır.Diqqətin həcmi eyni zamanda ,qarşıya qoyulan məqsəddən ,insan fəaliyyətinin xüsusiyyətindən asılıdır.

Diqqətin paylanması eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur.Əgər adam eyni vaxtda 2 və ya 3 işlə məşğul olarsa ,deməli,onun diqqəti eyni zamanda 2 və ya 3 iş üzərində cəmlənir.

Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılmasında ifadə olunur.Məsələn, şagird misal həll edərkən,onun diqqəti dərsliyə, oradakı misallara ,rəqəmlərə ,işarələrə ,keçmiş təcrübəyə yönəlsə də ,əgər misal həlli davam edirsə ,deməli,diqqət davamlıdır.

Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən başqa obyektə və yabir fəaliyyətdən başqa fəaliyyətə yönəldilmişdir.Müasir dövrdə mürəkkəb maşınların idarə olunması üçün diqqətin keçirilməsi böyük əhəmiyyət kəsb edir.




Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin