Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə21/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   14   15   16   17   18   19   20   21   22
Xarakter.Qabiliyyətlər.

Xarakter.İnsanlar bir-birindən yalnız özlərinə xas olan fərdi psixoloji xüsusiyyətlərə görə fərqlənirlər.Adətən, elə bu mənada da konkret insan üçün səciyyəvi olan əlamətlərdən bəhs edilir.Xarakter dedikdə psixologiyada konkret şəxsiyyət üçün tipik olan fəaliyyət tərzində təzahür edən ,tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmuyu nəzərdə tutulur.

Şəxsiyyətin münasibəti xarakter əlamətlərinin fərdi özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir.Bir tərəfdən tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır.Digər tərəfdən ,hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən davranış formasının özünəməxsus fərdi xüsusiyyətləri və onun münasibətindən asılıdır.

Hər bir xarakter əlaməti yalnız müvafiq tipik şəraitdə təzahür etdiyi üçün ,onun fizioloji sinir mexanizmlərinin də yalnız müvafiq tipik ,təkrar olunan şəraitdə yəzahür edəcəyini güman etkək olar.Belə fizioloji mexanizmlərdən biri dinamik stereotipidir.Dinamik stereotip dedikdə, eyni şəkildə təkrar olunan qıcıqlandırıcılar sisteminin təsirinə cavab olaraq əmələ gələn şərti reflekslər sistemi nəzərdə tutulur.

Xarakter əlmətləri çoxdur.Ayrı-ayrı dillərdə xarakter əlamətlərini ifadə edən dörd mindən çox söz vardır.Xarakterin əlamətləri aşağıdakılardır:



  1. Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri: kollektivçilik,doğruluq,kobudluq,qayğıkeşlik,tələbkarlıq və s.

  2. Əməyə münasibəti ifadə edən xarakter əlamətləri: əməksevərlik, tənbəllik, məsuliyyətlilik və s.

  3. İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, şöhrətpərəstlik və s.

  4. Əşyalara münasibəti ifadə edən xarakterəlamətləri: səliqəlilik, pintilik, qayğıkeşlik və s.

Xarakter əlamətlərini t i p i k və f ə r d i əlamətlər olmaq üzrə iki yerə bölə bilərik. İnsanın psixi həyatının bütün cəhətləri kimi xarakteri də onun ictimai varlığı ilə şərtlənir.Xarakterin tipik və fərdi əlamətləri vəhdədir.

A k s e n t u a s i y a –latınca vurğu deməkdir.Xarakterin aksentuasiyası dedikdə onun ayrı-ayrı əlamətlərinin həddindən artıq güclənməsi nəticəsində daha kəskin surətdə nəzərə çarpması başa düşülür.




Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin