«f a t I h ə» s u r ə s I (1)


«Bal arısı» surəsi (16) 65 -72 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə113/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   109   110   111   112   113   114   115   116   ...   325

«Bal arısı» surəsi (16) 65 -72 -ci ayətlər

(65).Və Allah nazil etdi səmadan su və diri etdi onunla ərzi ölümündən sonra. Həqiqətən, bunda eşidən qoum üçün ayətlər vardır. (66).Və həqiqətən, sizin üçün davarlarda ibrət var. Biz onun bətnində olan ifrazat və qanın arasından sizə xalis süd içirdirik ki, içənlər üçün çox yaxşıdır. (67).Və səməratından xurmanın və üzümün əldə edirsiniz məstedici içki və yaxşı ruzilər. Həqiqətən, bunda əql edən qoum üçün ayətlər var. (68).Vəhy etdi sənin Rəbbin bal arısına: «Dağlardan və ağaclardan və nədən ki, qururlar, evlər götür. (69).Sonra külli səməratdan ye və Rəbbinin yolunu asanlıqla tutub get!» Onların bətnlərindən müxtəlif rəngli içkilər xaric olur ki, onda insanlar üçün şəfa vardır. Həqiqətən, bunda təfəkkürlü olan qoum üçün ayətlər var. (70).Və Allah sizi xəlq edib, sonra sizə vəfat bağışlar. Sizdən eləsi var qaytarılır ömrünün elə rəzil çağına ki, elmdən sonra, bir şey bilmir. Həqiqətən, Allah Alimdir, Qadirdir! (71).Və Allah fəzilət verdi bəzinizə üzərində bəzinizin ruzilərdə. O kəslər ki, fəzilət sahibidirlər, öz ruzilərini əlləri altında olan qulluqçulara verməzlər ki, onlar onda bərabər olsunlar. Ə, Allahın nemətinəmi qarşı çalışırlar? (72).Və etdi Allah sizin üçün nəfsinizdən zövclər və etdi sizin üçün zövclərinizdən övlad və nəvələr və ruziləndirdi sizi paklıqla. Ə, onlar batilə inanıb və Allahın nemətinə kafirmi olurlar?




«Bal arısı» surəsi (16) 73 -79 -cu ayətlər
(73).Və Allahdan başqalarına ibadət edirlər ki, malik deyillər bir şeylə səmadan və ərzdən onlar üçün ruzi verməyə və bacarmazlar da. (74).Allaha məsəl vurmayın. Həqiqətən, Allah bilir və siz bilmirsiniz. (75).Allah məsəl vurur bir bəndəni – köləni, bir şey üzərində qüdrəti yoxdur və bir kəsi ki, Biz ona yaxşı ruzi vermişik və o, infaq edir ondan sirli və aşkar. Ə, məgər onlar bərabərdirmi? Həmd Allah üçündür. Bəli, onların əksəriyyəti bilməz! (76).Və məsəl vurur Allah iki kişini. Onlardan biri laldır, bir şey üzərində qüdrəti yoxdur və o, ağasının üzərində yükdür. Onu hara göndərsə, xeyirlə gəlməz. Məgər bərabərdirmi o kəslə ki, əmr edir ədalətlə və o, düz yolun üzərindədir? (77).Və Allah üçündür səmaların və ərzin qeybi. Və saatın əmri ancaq bir göz qırpımı, ya daha yaxındır. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir! (78).Və Allah sizi analarınızın bətnindən xaric etdi o halda ki, bir şey bilmirdiniz. Etdi sizin üçün qulaq və göz və könül, ola ki, şükr edənlər olasınız. (79).Ə, görmürlərmi quşları, ram olublar səmanın havasında? Onları saxlayan ancaq Allahdır. Həqiqətən, bunda inanan qoum üçün ayətlər var!



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin