«Mağara» surəsi (18) 84 -97 -ci ayətlər
(84).Həqiqətən, Biz ona ərzdə imkanat verdik və əta etdik ona külli şeydən səbəb (85) və tabe oldu səbəbə. (86).Ta onda ki, yetişdi şəmsin qürub etdiyi yerə, tapdı onu bulanıq çeşmədə qürub edən və tapdı onun yanında bir qoum. Dedik: «Ay Zilqərnəyn, nə vaxt ki, sən onları əzab edərsən və nə vaxt ki, onları yaxşılıqla tutarsan!» (87).Dedi: «Kim ki, zalimdir, biz onu əzab edəcəyik və sonra o, öz Rəbbinə tərəf qayıdar və O əzab edər onu görünməmiş əzabla. (88).Amma kim ki, inandı və saleh əməl etdi, onun üçün yaxşı mükafat var və deyəcəyik onun üçün əmrimizdən yüngül olanı!» (89).Sonra tabe oldu səbəbə. (90).Ta onda ki, yetişdi şəmsin doğduğu yerə, tapdı onu bir qoumun üzərində doğan, hansı ki, etməmişdık onlar üçün ondan başqa örtük. (91).Belə! Biz əhatə etdik nə ilə ki, onun yanında var idi, xəbərdar olaraq. (92).Sonra tabe oldu səbəbə. (93).Ta onda ki, yetişdi iki səddin arasına, tapdı onlardan başqa bir qoumu ki, az qala söz anlamayalar. (94).Dedilər: «Ay Zilqərnəyn! Həqiqətən, Yəcuc və Məcuc ərzdə fəsad edirlər. Biz edəkmi sənin üçün xərc ki, bizimlə onların arasında sədd edəsən?» (95).Dedi: «O imkanı ki, Rəbbim mənə verib, daha xeyirlidir. Siz qüvvətlə mənə kömək edin, sizinlə onların arasında möhkəm bir sədd edim! (96).Mənə dəmir parçaları gətirin!» Ta onda ki, iki qayanın arasını doldurub bərabər etdi, dedi: «Üfürün!». Ta onda ki, onu oda döndərdi, dedi: «Gətirin mənə misi onun üzərinə töküm!» (97).Və bacarmadılar ki, üzərindən aşsınlar və bacarmadılar ona lağım vursunlar.
Dostları ilə paylaş: |