«Mağara» surəsi (18) 98 –110 -cu ayətlər
(98).Dedi: «Bu rəhmət Rəbbimdəndir. Onda ki, Rəbbimin vədəsi gəldi, onu xırda-xırda edər və Rəbbimin vədəsi haqq olar!» (99).Və o gün Biz tərk edərik onları bir-birlərinə dalğalanmış halda və surda üfürülər və cəmləyərik onları cəm olaraq. (100).Nişan verərik cəhənnəmi o gün kafirlər üçün nişangah kimi - (101) o kəslər ki, gözləri bağlı oldu Mənim zikrimdən və oldular eşitməyi bacarmayanlar. (102).Ə, hesab edirlər o kəslər ki, kafirdirlər, bəndələrimi Mənim əvəzimə dostmu tutacaqlar? Həqiqətən, Biz hazırlamışıq cəhənnəmi kafirlər üçün mənzil. (103).De: «Xəbər verimmi sizə xəsarətdə olanları əməlnən? (104).O kəslər ki, dünya həyatındakı səyləri zəlil oldu və onlar hesab edirlər ki, yaxşı işlər görürlər?» (105).Həmin onlar o kəslərdir ki, kafir oldular ayətlərilə Rəblərinə və Onun görüşünə. Onların əməlləri aradan gedər və qiyamət günü onlar üçün vəzn etmərik. (106).Budur onların cəzası – cəhənnəm, nə ilə ki, kafir oldular və Mənim ayətlərimi və rəsullarımı əyləncəyə tutdular! (107).Həqiqətən, o kəslər ki, inanırlar və əməlləri islahatdır, onlar üçün Firdovs cənnətləri mənzil olacaq - (108) həmişəlikdirlər orada - istəməzlər ondan dəyişiklik. (109).De: «Əgər dəryalar Rəbbimin kəlmələri üçün mürəkkəb ola, Rəbbimin kəlmələri tükənməzdən qabaq dəryalar tükənər və əgər onun misli ilə yardım gətirsək də». (110).De: «Həqiqətən, mən də sizin kimi bəşərəm. Mənə vəhy olunur ki, sizin İlahiniz Vahid İlahidir. Kim Rəbbinin görüşünə müraciət edirsə, gərək saleh əməl etsin və Rəbbinə ibadətdə bir kəsi Ona şərik qoşmasın!»
Dostları ilə paylaş: |