«Məryəm» surəsi (19) 52 -64 –cü ayətlər
(52).Və çağırdıq Biz onu dağın sağ cinahından və yaxınlaşdırdıq onu gizli söhbət üçün. (53).Və bəxş etdik onun üçün rəhmətimizdən qardaşı Harunu nəbi. (54).Və zikr et kitabda İsmaili. Həqiqətən, o, vədəsinə sadiq oldu və oldu rəsul, nəbi. (55).Və oldu əmr edən öz əhlinə islahatı və paklanmağı və oldu Rəbbinin yanında riza qazanmışlardan. (56).Zikr et kitabda İdrisi. Həqiqətən, o, oldu sadiq, nəbi. (57).Və qaldırdıq Biz onu uca məkana. (58). Həmin o kəslərdir ki, Allah nemət verib üzərinə onların – Adam zürriyyətindən olan nəbilərdən və o kəslərdən ki, Nuhla birlikdə yükləyib daşıdıq və zürriyyətindən İbrahimin və İsrailin və o kəslərdən ki, hidayət etmişik və seçmişik. Onda ki, tilavat olunur onlara Rəhmanın ayətləri, xar olurlar səcdəynən və ağlar halda. (59).Onlardan sonra xəlifə olan xələflər zay etdilər islahatı və tabe oldular şəhvətə. Tezliklə görüşəcəklər tüğyanla. (60).Ancaq o kəsdən başqa ki, qayıtdı və inandı və əməli islahatdır – həmin onlar daxil olacaqlar cənnətə və zülm olunmayacaqlar şeynən - (61) Ədn cənnəti, hansı ki, vəd verib Rəhman bəndələrinə qeyb ilə. Həqiqətən, Onun vədi yerinə yetəndir! (62).Eşitməzlər orada lağlağı, ancaq: «Salam!» Və onlar üçün ruziləri oradadır səhər və axşam. (63).Bu, cənnət, hansı ki, miras edərik bəndələrimizdən o kəsə ki, təqvalı oldu. (64).Və Biz nazil oluruq ancaq əmri ilə sənin Rəbbinin. Onun üçündür nə ki, qarşımızda və nə ki, arxamızda və nə ki, onların arasında var. Və sənin Rəbbin unudan deyil!
Dostları ilə paylaş: |