«Nəbilər» surəsi (21) 45 -57 -ci ayətlər
(45).De: «Mən ancaq nəzərinizə çatdırıram vəhy ilə». Eşitməzlər karlar çağırışı, onda ki, onların nəzərinə çatdıralar. (46).Və əgər toxuna onlara Rəbbinin əzabından bir az, deyərlər: «Vay olsun bizə! Həqiqətən, biz, zalimlər olduq!» (47).Biz edərik qiyamət günü üçün insaf mizanı və zülm olunmaz nəfsə şeynən. Əgər olsa xardal dənəsinin misqalı qədər, əta edərik onu. Kafidir Bizimlə hesab! (48).Əlbəttə, Biz əta etdik Musa və Haruna Furqanı, ziya və zikrdir müttəqilər üçün - (49) o kəslər ki, çəkinirlər Rəblərindən qeyb ilə və onlar saatdan bərk titrəyirlər. (50).Və bu zikrdir mübarək, nazil etdik onu. Ə, siz onu inkarmı edəcəksiniz? (51).Əlbəttə, əta etdik İbrahimə onun rəşd yolunu qabaqcadan və olduq Biz onu bilənlər. (52).Onda dedi atasına və öz qoumuna: «Nədir bu mücəssəmələr, hansı ki, onlara sitayiş edirsiniz?» (53).Dedilər: «Tapdıq atalarımızı ona ibadət edənlər!» (54).Dedi: «Əlbəttə, siz və atalarınız aşkar zəlalətdə oldunuz!» (55).Dedilər: «Ə, sən bizə haqq ilə gəlmisən, yoxsa oyunbazlardansan?» (56).Dedi: «Bəli, Rəbbiniz - Rəbbidir səmaların və ərzin - Odur ki, yaratdı onları və mən bunun üzərində şahidlərdənəm. (57).Allaha and olsun ki, fənd edərəm sizin bütlərinizə, siz dönüb uzaqlaşandan sonra!»
Dostları ilə paylaş: |