«f a t I h ə» s u r ə s I (1)


–ci cüz (1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin!



Yüklə 2,11 Mb.
səhifə145/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   141   142   143   144   145   146   147   148   ...   325
18 –ci cüz

(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Nicat tapdı inananlar – (2). o kəslər ki, islahatlarında çəkinəndirlər, (3). və o kəslər ki, lağ-lağıdan üz çevirirlər, (4). o kəslər ki, paklanmaq üçün fəaliyyət göstərirlər, (5). o kəslər ki, öz üzvlərini hifz edirlər, (6) ancaq öz zövclərindən, ya əlləri altında olan qulluqçulardan başqa. Həqiqətən, onlar məlamət olunmazlar. (7).Və kim bundan başqasına çalışarsa, həmin onlar həddi aşanlardır. (8).Və o kəslər ki, əmanətlərinə və əhdlərinə riayət edərlər. (9).Və o kəslər ki, üzərində diləyişlərinin hifz edəndirlər. (10).Həmin onlardır varislər – (11) o kəslər ki, varis olarlar Firdovsə, onlar orada həmişəlikdirlər. (12).Və əlbəttə, Biz xəlq etdik insanı saf gildən, (13) sonra etdik onu nütfə olaraq qərara alınmış məkanda, (14) sonra xəlq etdik nütfədən laxtalanmış qan və xəlq etdik laxtalanmış qandan bir tikə ət və xəlq etdik bir tikə ətdən sümüklər və sümükləri ətlə örtdük, sonra inşa etdik onu başqa xilqətdə. Və bərəkətlidir, ucadır Allah – xaliqlərin ən yaxşısıdır. (15).Sonra, həqiqətən, siz bunun ardınca ölərsiniz! (16).Sonra həqiqətən, siz qiyamət günü qaldırılacaqsınız! (17).Və əlbəttə, xəlq etdik fövqünüzdə yeddi yol və Biz xəlq olunanlardan qafil olmadıq.


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin