«İnananlar» surəsi (23) 18 -27 -ci ayətlər
(18).Və Biz səmadan qədərincə su nazil etdik və sakin etdik onu ərzdə və Biz onu aradan aparmağa qadirik. (19).Və inşa etdik onunla sizin üçün xurmadan və üzümdən cənnətlər - sizin üçün orada çoxlu meyvə var və ondan yeyirsiniz. (20).Və o ağac ki, Sina dağından xaric olur, yeyənlər üçün yağ və rəng bitirər. (21).Və həqiqətən, sizin üçün davarlarda ibrət var. Biz içirdirik sizə nədən ki, onların bətnlərində var və sizin üçün onda çoxlu mənfəət var və ondan yeyirsiniz. (22).Və onlara və gəmilərə həmlə olunursunuz. (23).Və əlbəttə, göndərdik Nuhu öz qoumuna tərəf və dedi: «Ay qoumum! İbadət edin Allaha! Ondan qeyri sizin üçün İlahi yoxdur. Ə, məgər qorxmazsınızmı?» (24).Və dedi onun qoumundan kafir olan böyükləri: «Bu ancaq bəşərdir sizin misliniz, istəyir ki, üzərinizdə fəzilətli ola. Və əgər Allah istəsəydi mələklər nazil edərdi. Biz, eşitməmişik bu barədə əvvəlki atalarımızdan. (25).O ancaq məcnun kişidir və onunla müəyyən vaxta qədər gözləyin!» (26).Dedi: «Rəbbim, yardım et mənə, nə ilə ki, məni yalançı saydılar!» (27).Və Biz vəhy etdik ona ki, Bizim gözlərimizlə və Bizim vəhyimizlə gəmi düzəlt və onda ki, əmrimiz gəldi və tənnur fəvvarə etdi, yerləşdir onda küllisindən iki cütnən ikisini və öz əhlini, ancaq kim keçmiş üzərində onun söz onlardan və xitab etmə Mənə o kəslərdə ki, zalimdirlər - həqiqətən, onlar qərq olacaqlar.
Dostları ilə paylaş: |