(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Surə – nazil etdik onu və vacib etdik onu və nazil etdik onda ayətlər aydınlıqla, ola ki, zikr edəsiniz! (2).Zinakar qadına və zinakar kişiyə – külli hər birinə onlardan yüz zərbə vurun və onlara Allahın dinində rəhminiz gəlməsin, əgər inanırsınız Allah ilə və günü ilə axırın! Və gərək şahid olsun onların əzabına bir tayfa inananlardan! (3).Zinakar kişi ancaq zinakar, ya müşrikə qadınla nigah edə bilər. Və zinakar qadını zinakar, ya müşrik kişi nigah edə bilər və bu, haram oldu inananlara. (4).Və o kəslər ki, ismətini qoruyan qadınlara böhtan atırlar, sonra dörd nəfər şahid gətirməyələr, onda onlara səksən zərbə vurun və onların şəhadətini əbədən qəbul etməyin və həmin onlar fasiqlərdir! (5).O kəslərdən başqa ki, bundan sonra qayıdıb və islah edələr. Və həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (6).Və o kəslər ki, öz zövclərini böhtanlayırlar və öz nəfslərindən başqa şahidləri olmaya, onların hər birinin şəhadəti dörd dəfə Allah ilə şahidlikdir: «Həqiqətən, o, sadiqlərdəndir!» (7) və beşinci dəfə: «Allahın lənəti olsun onun üzərinə, əgər yalançıdırsa!» (8).Və uzaqlaşdırar ondan əzabı ki, şəhadət gətirə dörd dəfə Allah ilə şahidliyi: «Həqiqətən, o, yalançılardandır!» (9) və beşinci dəfə: «Allahın qəzəbi olsun onun üzərinə, əgər o, sadiqlərdəndir!» (10).Əgər olmasaydı fəzli Allahın üzərinizə və rəhməti Onun … və ona görə ki, Allah Təvvabdır, Həkimdir!