«Nur» surəsi (24) 44 –53 -cü ayətlər
(44).Allah çevirir gecə və gündüzü. Həqiqətən, bunda bəsirət sahibləri üçün ibrətlər var. (45).Və Allah xəlq etdi külli dəbərənləri sudan. Və onlardan var ki, bətni üzərində yeriyir və onlardan var ki, iki ayağının üzərində yeriyir və onlardan var ki, dördünün üzərində yeriyir. Xəlq edər Allah nə istəsə. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir! (46).Əlbəttə, Biz nazil etdik aydın ayətlər və Allah hidayət edər kimi istəsə tərəfinə yolun düzünün. (47).Və deyirlər: «Biz inandıq Allah ilə və rəsul ilə və itaət etdik!» Sonra onlardan bir firqə bunun ardından üz çevirir və həmin onlar inanan deyillər. (48).Və onda ki, dəvət olunurlar tərəfinə Allahın və Onun rəsulunun, hökm etməsi üçün onların arasında, onda ki, onlardan bir firqə üz çevirir. (49).Və əgər olsaydı haqq onlar üçün, gələrdilər ona tərəf itaətlə. (50).Ə, qəlblərində mərəzmi var, yoxsa şübhə edirlər, yoxsa xoflanırlar ki, heyf ala Allah və Onun rəsulu onların üzərində? Bəli, həmin onlardır zalimlər! (51).Həqiqətən, inananların sözü onda ki, dəvət olunurlar tərəfinə Allahın və Onun rəsulunun hökm etməsi üçün onların arasında ki, deyirlər: «Eşitdik və itaət etdik!» Və həmin onlar nicat tapanlardır! (52).Və kim itaət edərsə Allaha və Onun rəsuluna və çəkinərsə Allahdan və təqvalı olarsa Ona – həmin onlardır uğur qazananlar! (53).Və and içdilər Allah ilə – özlərinin möhkəm andlarından ki, əgər sən onlara əmr edəsən, onlar xaric olarlar. De: «And içməyin! İtaətkarlıq mərifətlidir! Həqiqətən, Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!»
Dostları ilə paylaş: |