«Fərqləndirmə» surəsi (25)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Bərəkətlidir, ucadır – Odur ki, nazil etdi Furqanı üzərinə Öz bəndəsinin, aləmlər üçün nəzərə çatdıran olsun. (2).Odur ki, Onun üçündür mülkü səmaların və ərzin. Və götürmədi Özünə övlad və olmadı Onun üçün şərik mülkündə və xəlq etdi külli şeyi və qədərində etdi onu təqdirnən.
«Fərqləndirmə» surəsi (25) 3 -11 -ci ayətlər
(3).Və götürdülər Onun əvəzinə ilahilər ki, bir şey xəlq etməyiblər və onlar xəlq olunublar və malik deyillər öz nəfslərinə zərər və mənfəətə və malik deyillər ölümə və həyata və nəşr etməyə. (4).Və dedi o kəslər ki, kafirdirlər: «Bu ancaq yalandır, onu iftira edir və axır qoum ona köməklik edir!» Fəqət zülm və zorla gəldilər! (5).Və dedilər: «Əvvəlkilərin əsatiridir! Yazdırıb onu və o, səhər və axşam ona tilavat olunur». (6).De: «Onu nazil edən Odur ki, səmalarda və ərzdə olan sirləri bilir. Həqiqətən, O oldu Ğəfur, Rəhim!» (7).Və dedilər: «Nə olub bu rəsula, təam yeyir və bazarlarda gəzir? Məgər nazil olmalı deyilmi ona mələk və olsaydı o, onunla birlikdə nəzərə çatdıran?! (8).Ya atılsaydı ona xəzinə, ya onun cənnəti olsaydı, oradan yesəydi!» Və dedi zalimlər: «Tabesiniz ancaq sehirli kişiyə!» (9).Nəzər sal necə sənə məsəl vururlar və zəlil olublar və yol tapa bilmirlər! (10).Bərəkətlidir, ucadır – Odur ki, əgər istəsə edər sənin üçün bundan xeyirlisini – cənnətlər ki, cari olur altından onun nəhrlər və edər sənin üçün qəsrlər. (11).Bəli, yalan saydılar saatı və Biz də hazır etmişik o kəs üçün ki, yalan sayır saatı, yanar od.
Dostları ilə paylaş: |