«Fərqləndirmə» surəsi (25) 21 -32 -ci ayətlər
19 –cu cüz
(21).Və dedi o kəslər ki, Bizimlə görüşə ümid etmirdilər: «Əgər endirilsəydi üzərimizə mələklər, ya görsəydik Rəbbimizi!» Əlbəttə, təkəbbürlük etdilər öz nəfslərində və həddi aşdılar böyük həddi aşmaqla. (22).Mələkləri görəcəkləri gün – bəşarət olmayacaq o gün cərimə olunmuşlar üçün və deyəcəklər: «Məhcər pozulmaz məhcərdir!» (23).Və Biz yaxınlaşdıq onların etdikləri əməllərə və etdik onu yayılmış toz. (24).Cənnət əshabının o gün xeyirli qərar tutacaqları yer və yaxşı mənzilləri olacaq. (25).Və o gün şaqqalanar səma buludlarla və nazil edilər mələklər nazil edilməklə – (26) mülk o gün haqq olaraq Rəhman üçündür və kafirlər üzərində ağır gündür! (27).Və o gün zalim əlini dişləyərək deyər: «Kaş ki, mən rəsulla birlikdə yol tutaydım! (28).Vay olsun mənə! Kaş ki, filankəsi dost tutmayaydım. (29).Əlbəttə, məni zəlil etdi zikrdən, ondan sonra ki, gəldi mənə. Və şeytan insanı tərk edən olar!» (30).Və dedi rəsul: «Rəbbim, həqiqətən, qoumum götürdü bu Quranı məhcərə!» (31).Və beləliklə etdik külli nəbilər üçün cərimə olunmuşlardan düşmən və kafidir Rəbbinlə hidayət və yardım! (32).Və dedi o kəslər ki, kafirdirlər: «Nazil olunmalı deyilmi onun üzərinə Quran cümlətən, vahid olaraq?» Beləcə sabit etmək üçündür onunla könlünü sənin və Biz tilavat edirik onu qayda ilə.
Dostları ilə paylaş: |