(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ta. Sin! Bunlar ayətləridir Qur’anın və aşkar kitabın. (2).Hidayətdir və bəşarətdir inananlar üçün – (3) o kəslər ki, ayağa qalxırlar islahata və əta edirlər zəkatı və onlar axirət ilə yəqindirlər. (4).Həqiqətən, o kəslər ki, inanmırlar axirət ilə, zinətli etdik onlar üçün əməllərini onların və onlar kor-koranə gəzib dolanarlar. (5).Həmin onlar o kəslərdir ki, onlar üçün pis əzab var və onlar axirətdə xəsarətdə olanlardır. (6).Həqiqətən, sən alırsan Qur’anı Həkimdən, Alimdən. (7).Onda dedi Musa öz əhlinə: «Mən od gördüm. Oradan bir xəbər, ya işıqlı bir şölə gətirərəm sizin üçün, ola ki, qızışasınız». (8).Amma elə ki, yaxınlaşdı ona, nida olundu: «Mübarəkdir kim ki, oddadır və kim ki, onun yanındadır və Sübhandır Allah – Rəbbidir aləmlərin! (9).Ay Musa, həqiqətən, Mənəm Allah – Əziz, Həkim! (10).At əsanı!» Amma elə ki, gördü ilan kimi hərəkət edir, dabanı üstə dönüb və qayıtmadı: «Ay Musa, xoflanma! Həqiqətən, mürsəllər Mənim hüzurumda xoflanmazlar. (11).Ancaq kim zülm edərsə, sonra dəyişərsə yaxşılığa pisliyin ardınca, həqiqətən, Mən Ğəfuram, Rəhiməm! (12).Daxil et əlini qoynuna ki, Firauna və onun qoumuna tərəf doqquz ayətdən biri olaraq bəyaz, eyibsiz xaric olsun. Həqiqətən, onlar fasiq qoum oldular». (13).Amma elə ki, gəldi onlara Bizim ayətlərimiz bəsirətli edən, dedilər: «Bu, aşkar sehrdir!»