«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə177/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   173   174   175   176   177   178   179   180   ...   325

«Qissə» surəsi (28)



(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ta. Sin. Mim. (2).Bu, aşkar kitabın ayətləridir. (3).Biz tilavat edirik sənin üzərinə Musanın və Firaunun xəbərlərindən haqq ilə o qoum üçün ki, inanırlar. (4).Həqiqətən, Firaun ərzdə böyüklük etdi və etdi onun əhlini şiələr. Onlardan bir tayfanı zəif edərək, oğlanlarını öldürüb və qadınlarını diri saxlayırdı. Həqiqətən, o, fəsad edənlərdən oldu! (5).Biz istədik minnət qoyaq üzərinə o kəslərin ki, zəif idilər ərzdə və edək onları imamlar və edək onları varislər.

«Qissə» surəsi (28) 6 -13 -cü ayətlər

(6).Və məkan verək onlar üçün ərzdə və göstərək Firauna və Hamana və onların qoşunlarına onu ki, həzər edirlər. (7).Biz vəhy etdik Musanın anasına ki, ona süd ver. Onda ki, ondan ötrü xoflanacaqsan, onu dəryaya at və xoflanma və hüznlü olma, həqiqətən, Biz onu yenidən sənə qaytaracağıq və edəcəyik onu mürsəllərdən. (8).Götürdü Firaun ailəsi onu, ona görə ki, onlara düşmən və hüzn olsun. Həqiqətən, Firaun və Haman və onların qoşunları xəta edənlər oldular! (9).Dedi arvadı Firaunun: «Mənim də, sənin də gözümüz aydın olsun! Onu qətlə yetirməyin, ola ki, o bizə mənfəət gətirə, yaxud götürək onu övladlığa!» Onlar şüursuz idilər. (10).Sübh etdi Musanın anası könlü boşalaraq. O, az qala aşkar edəcəkdi onu, əgər ki, inananlardan olması üçün onun qəlbini bərkitməsəydik. (11).Dedi onun bacısına: «Get onun ardınca!» Və o, baxdı onun ardınca hər tərəfə, onlar şüursuzdurlar. (12).Biz qadağan etdik ona bundan qabaq süd analarını. Dedi o: «Nişan verimmi sizə ev əhlini, hansı ki, sizin üçün ona kifil olsunlar və onlar onun üçün nəsihət etsinlər?» (13).Biz qaytardıq onu öz anasına ki, gözləri aydın olsun və hüznlü olmasın və bilsin ki, Allahın vədi haqdır və lakin əksəriyyəti onların bilməzlər.




«Qissə» surəsi (28) 14 -21 -ci ayətlər

(14).Amma elə ki, həddi buluğa çatıb və düzəldi, əta etdik ona hikmət və elm. Belə mükafatlandırırıq yaxşıları. (15).Daxil oldu şəhərə onun əhli qəflətdə olarkən. Rast gəldi orada iki döyüşən kişiyə – biri onun şiəsindən və o biri isə düşmənlərindən idi. Çağırdı onu o kəs ki, onun şiəsindən idi, o kəsə qarşı ki, düşmən idi. Musa yumruğu ilə vurdu onu və o, həlak oldu. Dedi: «Bu, şeytan əməlindəndir. Həqiqətən, o, aşkar zəlalətə salan düşməndir!» (16).Dedi: «Rəbbim! Həqiqətən, mən öz nəfsimə zülm etdim, bağışla məni!» O bağışladı onu. Həqiqətən, O Ğəfurdur, Rəhimdir! (17).Dedi: «Rəbbim, nə ilə ki, Sən mənə nemət vermisən, mən heç vaxt cərimə olunmuşlar üçün arxa olmayacağam!» (18).Sübh etdi şəhərdə xoflu halda baxaraq. Birdən, dünən onu köməyə çağıran kəs, yenə onu çağırdı. Dedi ona Musa: «Həqiqətən, sən, aşkar azğınsan!» (19).Amma elə ki, istədi döyüşsün o kəslə ki, onların hər ikisinə düşmən idi, dedi: «Ay Musa! Ə, istəyirsən məni qətlə yetirəsən, nə qədər, dünən qətlə yetirdin nəfsi? Sən istəyirsən ki, ərzdə ancaq zor edən olasan və istəmirsən salehlərdən olasan!» (20).Şəhərin o biri tərəfindən qaçaraq bir kişi gəldi və dedi: «Ay Musa! Həqiqətən, böyüklər sənin haqqında əmr çıxartdılar ki, səni qətlə yetirsinlər. Xaric ol, həqiqətən, mən sənin üçün nəsihət edənlərdənəm!» (21).O xaric oldu oradan xoflu halda baxaraq. Dedi: «Rəbbim, nicat ver mənə zalim qoumdan!»



«Qissə» surəsi (28) 22 -28 -ci ayətlər

(22).Amma elə ki, üz tutdu Mədyənə tərəf, dedi: «Ola bilsin ki, Rəbbim hidayət edəcək məni düz yola!» (23).Amma elə ki, varid oldu Mədyəndəki suya, rast gəldi onun üzərində bir dəstə suvaran insanlara və rast gəldi onlardan başqa kənara çəkilmiş iki qadına. Dedi: «İşiniz nədir?» Dedilər: «Biz suvara bilmərik, ta çobanlar çəkilməyiblər. Atamız böyük şeyxdir». (24).O, suvardı onlar üçün, sonra kölgəyə tərəf döndü və dedi: «Rəbbim! Həqiqətən, mənə nazil edəcəyin xeyrə möhtacam!» (25).Onlardan biri ciddi tərzdə gəldi onun yanına və dedi: «Atam səni çağırır əcr vermək üçün, ona görə ki, bizim üçün suvardın». Amma elə ki, gəldi onun yanına və qissəni, yəni hekayəti ona hekayət etdi. Dedi: «Xoflanma, sən nicat tapmısan zalim qoumdan!» (26).Onlardan biri dedi: «Ay ata, tut onu əcrlə. Həqiqətən, o xeyirlidir əcrlə tutduqlarından – güclüdür, əmindir!» (27).Dedi: «Mən istəyirəm səni bu qızlarımdan biri ilə nigah edim. Buna görə sən mənə səkkiz il xidmət edəcəksən. Əgər sən bunu on ilə tamamlasan, bu, sənin özündən asılıdır və mən sənin üçün çətinlik istəmirəm. İnşallah, məni salehlərdən taparsan!» (28).Dedi: «Bu, mənimlə sənin arandadır. Bu iki müddətdən hansını yerinə yetirdim, mənə zor yoxdur və Allah dediklərimizin üzərində Vəkildir!»



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin