«Qissə» surəsi (28) 29 -35 -ci ayətlər
(29).Amma elə ki, Musa müddəti yerinə yetirib və öz əhli ilə hərəkət etdi, dağ tərəfdə od gördü. Dedi əhlinə: «Dayanın, mən od gördüm. Ola ki, mən ondan sizə bir xəbər gətirəm, ya bir az od gətirəm, ola ki, qızışasınız!» (30).Amma elə ki, ona yaxınlaşdı, vadinin mübarək sağ tərəfindəki ağacdan nida gəldi: «Ay Musa, həqiqətən, Mən Allaham – Rəbbi aləmlərin! (31).At əsanı!» Amma elə ki, gördü onu ilan kimi hərəkət edən, dabanı üstə dönüb qaçdı. «Ay Musa, yaxın gəl və xoflanma, həqiqətən, sən əminlikdə olanlardansan! (32).Sal əlini qoltuğuna, çıxartdıqda eyibsiz, bəyaz olsun və qollarını vahiməsiz özünə tərəf yaxınlaşdır. Bu, Rəbbinin iki dəlilidir Firauna və onun böyüklərinə tərəf. Həqiqətən, onlar fasiq qoum oldular!» (33).Dedi: «Rəbbim, mən onlardan bir nəfsi qətlə yetirdim və xoflanıram ki, məni qətlə yetirsinlər. (34).Qardaşım Harun ki, məndən yaxşı danışan dili var, bir dayaq kimi onu mənimlə göndər ki, mənim doğruluğumu təsdiq etsin. Həqiqətən, xoflanıram ki, məni yalançı saysınlar!» (35).Dedi: «Biz sənin əzələni qardaşınla möhkəmlədərik və edərik sizin üçün sultanlıq. Onlar sizə yaxınlaşa bilməzlər Bizim ayətlərimizlə. Siz ikiniz və kim ki, tabedir sizə, qaliblərsiniz!»
Dostları ilə paylaş: |