«f a t I h ə» s u r ə s I (1)


«Qissə» surəsi (28) 36 -43 -cü ayətlər



Yüklə 2,11 Mb.
səhifə179/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   175   176   177   178   179   180   181   182   ...   325

«Qissə» surəsi (28) 36 -43 -cü ayətlər



(36).Amma elə ki, gəldi Musa onların yanına aydın ayətlərimizlə, dedilər: «Bu, ancaq iftira edilmiş sehrdir. Biz eşitməmişik bu haqda əvvəlki atalarımızdan!» (37).Dedi Musa: «Rəbbim yaxşı bilir kim onun yanından doğru hidayətlə gəlib və kimin üçün aqibət evi var. Həqiqətən, zalimlər nicat tapmayacaqlar!» (38).Dedi Firaun: «Ay böyüklər! Mən sizin üçün özümdən qeyri ilahi bilmirəm. Ay Haman! Mənim üçün gil üzərində od yandır və mənim üçün uca bir qala bina et, ola ki, mən qalxım Musanın İlahisinə tərəf. Həqiqətən, mən zənn edirəm onu yalançılardan!» (39).Təkəbbürlük etdi ərzdə o və onun qoşunu haqsız olaraq və zənn etdilər ki, Bizə tərəf müraciət etməyəcəklər. (40).Biz tutduq onu və onun qoşununu və atdıq onları dənizə. Nəzər sal necə oldu aqibəti zalimlərin! (41).Biz etdik onları imamlar, çağırırlar oda tərəf və qiyamət günü onlara yardım olunmayacaq. (42).Biz vurduq onlara bu dünyada lənət damğasını və qiyamət günü onlar təhqirlə qovulmuşlar sırasında olacaqlar. (43).Və əta etdik Musaya kitabı əvvəlki nəsilləri həlak edəndən sonra - insanlar üçün bəsirət və hidayət və rəhmət olaraq, ola ki, onlar zikr etsinlər.


«Qissə» surəsi (28) 44 -50 -ci ayətlər


(44).Sən olmadın qərb tərəfində, onda Biz Musanın əmri haqqında həll edirdik və sən şahidlərdən olmadın. (45).Lakin Biz inşa etdik nəsilləri və davam edirdi onların ömürləri. Sən olmadın Mədyən əhli içərisində olanlardan, tilavat edərək onlara ayətlərimizi. Lakin Biz göndərənlər olduq. (46).Sən olmadın dağın tərəfində, onda ki, Biz nida etdik. Lakin sənin Rəbbindən rəhmətdir ki, nəzərlərinə çatdırasan o qoumun ki, onlara səndən qabaq nəzərə çatdıran gəlməyib, ola ki, onlar zikr edələr. (47).Əgər öncədən əllərinin hazırladığına görə onlara bir müsibət yetişsəydi, onda deyərdilər: «Rəbbimiz! Məgər göndərməli deyildinmi bizə rəsul və tabe olardıq ayətlərinə Sənin və olardıq inananlardan!» (48).Amma elə ki, onlar üçün haqq gəldi Bizim yanımızdan, dedilər: «Məgər ona əta olunmalı deyilmi Musaya əta olunanın misli?» Ə, onlar bundan qabaq Musaya əta olunana kafir olmadılarmı? Dedilər: «Bir-birinin arxası olan iki sehrbazdır!» Dedilər: «Biz onların küllisi ilə kafirik!» (49).De: «Onda gətirin Allah yanından kitab ki, tabe olum ona, hansı ki, bu ikisindən daha doğru hidayət edəndir, əgər oldunuz sadiqlər. (50).Əgər sənə cavab vermədilər, onda bil ki, onlar ancaq tabedirlər öz istəklərinə. Kimdir zəlil o kəsdən ki, Allahdan hidayətsiz olaraq tabe olub öz istəyinə? Həqiqətən, Allah hidayət etməz zalim qoumu!

«Qissə» surəsi (28) 51 -59 -cu ayətlər



(51).Əlbəttə, vəsilə etdik onlar üçün sözü, ola ki, onlar zikr etsinlər! (52).O kəslər ki, əta etmişik onlara bundan qabaq kitabı, onlar onunla inanırlar. (53).Onda ki, tilavat olunur üzərinə onların, deyirlər: «Biz inandıq onun ilə. Həqiqətən, o, haqdır Rəbbimizdən. Biz bundan qabaq təslim olanlar olduq!» (54).Həmin onlara əta olunacaq əcrləri iki dəfə, nə ilə ki, səbrli oldular. Pislikləri onlar yaxşılıqla uzaqlaşdırar və nədən ki, rizqləndirmişik onları infaq edərlər. (55).Onda ki, lağlağı sözlər eşidirlər, ondan üz çevirirlər və deyirlər: «Bizim əməlimiz bizim üçün və sizin əməliniz sizin üçündür. Salam olsun üzərinizə! Biz cahilləri istəyən deyilik!» (56).Həqiqətən, sən hidayət etmirsən məhəbbət bəslədiyin kimsəni və lakin Allah hidayət edir kimi istəsə. O yaxşı bilir hidayət olunanları. (57).Dedilər: «Əgər, biz tabe olsaq səninlə birlikdə hidayətə, ərzimizdən qovulmuş olacağıq». Ə, Biz onlar üçün məkan etmədikmi qadağan olunmuşu əmin-aman olaraq – cəm olur ona tərəf səmaratı külli şeyin ruzi Bizim yanımızdan və lakin əksəriyyəti onların bilməzlər?! (58).Nə qədər həlak etdik kəndlərdən, hansı ki, öz məişətlərinə fəxr edirdilər. Budur onlardan sonra onların sakinsiz qalmış məskənləri, ancaq az bir qismindən başqa. Olduq Biz varislər. (59).Olmadı sənin Rəbbin kəndləri həlak edən, ta qaldırmayıb o ümmətlərdə onların üzərinə Bizim ayətlərimizi tilavat edən rəsul. Həlak edən olmadıq kəndləri, nə qədər ki, əhalisi oranın zalim deyil!


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin