«f a t I h ə» s u r ə s I (1)


«Qissə» surəsi (28) 60 -70 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə180/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   176   177   178   179   180   181   182   183   ...   325

«Qissə» surəsi (28) 60 -70 -ci ayətlər

(60).Nə ki, sizə verilib şeydən – mətahıdır dünya həyatının və zinətidir onun. Nə ki, Allah yanındadır, xeyirlidir və baqidir. Ə, məgər əql etməzsinizmi? (61).Ə, o kəs ki, Biz vəd vermişik ona yaxşı vəd olaraq və o, görüşəcəkdir onunla – o kəs kimidirmi, mətah vermişik ona dünya həyatının mətahı olaraq, sonra o qiyamət günü hazır olanlardan olacaq? (62).O gün nida edəcək onlara və deyəcək: «Haradadır Mənim şəriklərim – o kəslər ki, güman edirdiniz?» (63).O kəslər ki, söz haqq oldu üzərlərində onların, dedilər: «Rəbbimiz, bunlar o kəslərdir ki, bizi ağvay etdilər. Biz də onları ağvay etdik, nə qədər, bizi ağvay etmişdilər. Biz Sənə tərəf üz çeviririk: onlar tək bizə ibadət etmirdilər». (64).Deyilər: «Çağırın şəriklərinizi!» Və çağırarlar onları, ancaq cavab verməzlər onlara və görərlər əzabı. Əgər onlar hidayət tapmış olsaydılar! (65).O gün çağırar onları və deyər: «Nə cavab verdiniz mürsəllərə?» (66).Əhəmiyyətsiz olar xəbərlər üzərlərində onların o gün və onlar bir-biri ilə sual-cavab etməzlər. (67).Amma kim ki, qayıtdı və inandı və əməli islahatdır, ola bilsin ki, nicat tapanlardan olsun. (68).Rəbbin xəlq edər nəyi istəyər və seçər. Olmadı onlar üçün ixtiyariyyat. Sübhandır Allah və Alidir nədən ki, şərik qoşurlar. (69).Rəbbin bilir nə ki, gizlədir ürəkləri onların və nə ki, elan edir. (70).O – Allahdır ki, yoxdur İlahi, ancaq Odur! Onun üçündür həmd əvvəldə və axirətdə. Onun üçündür hökm etmək və Ona tərəf müraciət edəcəksiniz!



«Qissə» surəsi (28) 71 -77 -ci ayətlər

(71).De: «Ə, gördünüzmü, əgər edə Allah gecəni üzərinizdə qiyamət gününə qədər əbədi – kimdir İlahi Allahdan qeyri, gətirə sizə işıqlı ziya? Ə, eşitmirsinizmi?» (72).De: «Ə, gördünüzmü, əgər edə Allah gündüzü üzərinizdə qiyamət gününə qədər əbədi – kimdir İlahi Allahdan qeyri, gətirə sizə gecəni, sakin olasınız onda? Ə, görmürsünüzmü? (73).Öz rəhmətindən etdi sizin üçün gecə və gündüz, ona görə ki, sakin olmanız üçün onda və axtarmanız üçün fəzlindən Onun, ola ki, şükr edəsiniz!» (74).O gün ki, çağırar onları və deyər: «Haradadır Mənim şəriklərim – o kəslər ki, güman edirdiniz?» (75).Çıxartdıq külli ümmətdən şahid və dedik: «Gətirin sübutunuzu!» Onlar bildilər ki, haqq Allah üçündür və zəlil oldu onlardan iftira etdikləri. (76).Həqiqətən, Qarun Musanın qoumundan idi və zülm edirdi onların üzərində. Əta etdik ona xəzinələr ki, onların açarlarını daşımaq qüvvət sahibi olan dəstəyə ağırlıq edirdi. Onda ki, qoumu ona dedi: «Fərəhlənmə. Həqiqətən, Allah sevməz fərəhlənənləri! (77).Axtar Allahın sənə əta etdiyində axirət evini və unutma dünyadakı nəsibini. Yaxşılıq et, nə qədər, Allah sənə yaxşılıq etdi və çalışma ərzdə fəsad etməyə. Həqiqətən, Allah sevməz fəsad edənləri!»




«Qissə» surəsi (28) 78 -84 -cü ayətlər

(78).Dedi: «O mənə əta olunub ancaq məndə olan elmə görə». Ə, o bilmirdimi, Allah həlak etdi ondan qabaq olan kəsləri ki, şiddətli idilər ondan qüvvətdə və əksər cəmiyyətdə? Sual olunmayacaq cərimə olunmuşlar öz günahlarından. (79).Çıxdı öz qoumunun bərabərinə öz zinətində. Dedi o kəslər ki, dünya həyatını istəyirdilər: «Ay kaş, Qaruna verilənin misli bizim üçün olsaydı! Həqiqətən, o, əzəmətli ləzzət və həzz sahibidir!» (80).Dedi o kəslər ki, elm əta olunmuşdu: «Vay sizə! Savabı Allahın xeyirlidir o kəs üçün ki, inanır və əməli islahatdır. Buna ancaq səbr edənlər qovuşar!» (81).Biz əmr etdik ərzə onu və onun yaşayış yurdunu udmağı. Və olmadı Allahdan ona yardım edəcək dəstə və olmadı o, yardım alanlardan. (82).Sabahısı o kəslər ki, dünən onun məkanını təmənna edirdilər, deyirdilər: «Vay olsun! Allah Öz bəndələrindən kimə istəsə ruzisini genişləndirər və qədərində edər. Əgər Allah bizə minnət etməsəydi, bizi də udmuş olardı. Vay olsun! Nicat tapmayacaq kafirlər!» (83).Budur axirət evi. Etdik onu o kəslər üçün ki, istəməzlər ərzdə ucalıq və fəsad. Aqibət müttəqilər üçündür! (84).Kim gələrsə yaxşılıqla, onun üçün ondan xeyirlisi var. Kim gələrsə pisliklə, onda o kəslər ki, pis əməllər edirlər, ancaq etdikləri əməllərin cəzasını alarlar!


«Qissə» surəsi (28) 85 -88 -ci ayətlər

(85).Həqiqətən, Odur ki, fərz etdi sənin üzərinə Qur’anı, qaytarar səni bir daha öz yerinə. De: «Rəbbim bilir kim gəlib hidayətlə və kim aşkar zəlalətdədir!» (86).Sənin ümidin yox idi bu kitab sənə veriləcək, ancaq Rəbbindən rəhmətdir. Kafirlərə arxa olma! (87).Sədd çəkməsinlər sənə Allahın ayətlərindən, ondan sonra ki, sənə nazil edildi. Çağır Rəbbinə tərəf və olma müşriklərdən! (88).Çağırma Allahla yanaşı axır İlahi. Yoxdur İlahi, ancaq Odur! Külli şey həlak olacaq, ancaq Onun vəchindən başqa. Onun üçündür hökm etmək və Ona tərəf müraciət edəcəksiniz!



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin