«Hörümçək» surəsi (29) 24 -30 -cu ayətlər
(24).Onun qoumunun cavabı ancaq bu oldu ki, dedilər: «Qətlə yetirin onu, yaxud yandırın onu!» Nicat verdi ona Allah oddan. Həqiqətən, bunda ayətlər var inanan qoum üçün! (25).Dedi: «Siz götürdünüz dünya həyatında Allahın əvəzinə bütləri öz aranızda sevərək. Sonra qiyamət günü kafir olacaq bəziniz bəzisi ilə və lənət edəcək bəziniz bəzisinə. Sizin sığınacaq yeriniz oddur və yoxdur sizin üçün yardımçılardan!» (26).İnandı ona Lut və dedi: «Mən hicrət edirəm Rəbbimə tərəf. Həqiqətən, O Əzizdir, Həkimdir!» (27).Bəxş etdik Biz ona İshaqı və Yəqubu və etdik onun zürriyyətində nəbiliyi və kitabı və əta etdik ona əcrini dünyada və həqiqətən, o, axirətdə salehlərdəndir. (28).Və Lut... Onda öz qoumuna dedi: «Siz həqiqətən, fahişəlik edirsiniz, hansı ki, etməyib onu əvvəlki aləmlərdən biri! (29).Ə, siz yaxınlıq edirsiniz kişilərlə və yol kəsirsiniz və öz yığıncaqlarınızda bəyənilməyəni edirsiniz?» Onun qoumunun cavabı ancaq bu oldu ki, dedilər: «Gətir bizə Allahın əzabını, əgər sadiqlərdənsən!» (30).Dedi: «Rəbbim, yardım et mənə fəsad edən qoum üzərində!»
Dostları ilə paylaş: |