«Rumlular» surəsi (30) 6 -15 -ci ayətlər
(6).Vəd Allahındır və xilaf etməz Allah vədinə, lakin əksər insan bilməz! (7).Onlar bilirlər dünya həyatının zahirini və onlar axirətdən qafildirlər. (8).Ə, fikir etmirlərmi öz nəfslərində, xəlq etdi Allah səmaları və ərzi və bu ikisinin arasında olanları ancaq haqq ilə və toxunan əcələ? Həqiqətən, insanlardan əksəriyyəti görüşünə Rəblərinin kafir olurlar! (9).Ə, ərzdə seyr etmirlərmi, nəzər salsınlar necə oldu aqibəti o kəslərin ki, onlardan qabaq var idilər? Şiddətli idi qüvvələri onlardan və ərzdə əsərləri. Əkin ərazilərində bunlardan çox qabaq idilər. Gəldi onlara rəsulları bəyanatlarla. Olmadı Allah onlara zülm edən və lakin onlar öz nəfslərinə zülm edənlər oldular! (10).Sonra aqibəti o kəslərin ki, pislik edirdilər, pis oldu ona görə ki, yalan saydılar ayətləri ilə Allahı və oldular onunla istehza edənlər. (11).Allah başlayır xəlqə, sonra qaytarır onu, sonra Ona tərəf müraciət edəcəksiniz! (12).O gün ki, saat yetişər, cərimə olunmuşlar məyus olarlar. (13).Olmaz onlar üçün şəriklərindən şəfaət edən və onlar öz şəriklərinə kafir olarlar. (14).O gün ki, saat yetişər, o gün firqə-firqə olarlar. (15).Amma o kəslər ki, inanırlar və əməlləri islahatdır, onlar bağlarda şad olacaqlar.
Dostları ilə paylaş: |